Modern.az

Türkiyə-Ermənistan sərhəddinin məsələsi sammitdə müzakirə olunacaq

Türkiyə-Ermənistan sərhəddinin məsələsi sammitdə müzakirə olunacaq

28 Sentyabr 2009, 13:04

Azərbaycan-Türkiyə Parlamentlərarası Əlaqələr üzrə işçi qrupunun rəhbəri Nizami Cəfərov Modern.az saytına bildirib ki, Türkiyə ilə Ermənistanın sərhədlərinin açılması məsələsi sentyabrın 29-da Bakıda keçirilən Türkdilli Dövlətlərin Parlament Assambleyasının (TDPA) sammitində müzakirə olunacaq. Onun sözlərinə görə, bu məsələ assambleyanın gündəliyinə salınmasa da, Azərbaycan tərəfi bunu mütləq qaldıracaq: “Hesab edirik ki, bu, yalnız Türkiyənin deyil, bütövlükdə türk dünyasının məsələsidir. Hər halda, digər türk ölkələrinin məsələyə münasibəti də bizim üçün maraqlıdır”.

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir