16mart | Ana Səhifə - Yazılar - Bakının bərbad sərnişin nəqliyyatı
Bakının bərbad sərnişin nəqliyyatı

Mahir Qabiloğlu


Yox. Elə bilməyin ki, tənqid hədəfim Bakı Nəqliyyat Agentliyidir, yaxud da ki, Metropoliten.  Əsla. Felyeton yazmağı xoşlamıram. Sadəcə fikirlərimi deyəcəyəm. Özünüz, eləcə də BNA nəticə çıxarsın ki, başlığı belə qoymaqda haqlıyam, ya yox?

 

SOVET DÖVRÜ VƏ MÜASİR BAKI

 

Əhalisi eynidirmi? Yox. Ərazisi eynidirmi? Yox. Yerlə-göy qədər fərq var. Bəs sərnişin nəqliyyatı necə eynidirmi? Yox. Amma dilim quruyaydı “yox” deyən yerdə. Təki eyni olaydı. Həmyaşıdlarımın və özümdən böyüklərin yadına salacağam, cavanları isə olanlardan xali edəcəyəm.

Sovet vaxtı Bakıda sərnişin nəqliyyatı hansılar idi?

  1. Tramvay – gediş haqqı 3 qəpik. Ekoloji cəhətdən sərfəli.
  2. Troleybus – gediş haqqı 4 qəpik. Ekoloji cəhətdən sərfəli.
  3. Avtobus – 5 qəpik. O da iki cür idi. Adi və qarmoşkalı İkaruslar.
  4. Metro – 5 qəpik.
  5. Marşrut taksi – 15 qəpik. RAF-lar. Tələsənlər üçün.
  6. Elektriçka – Bakı kəndlərinə. Dəmir yolu vağzalından.

Gördüyünüz kimi, əhalisi və ərazisi indikindən iki dəfə az olan Bakıda  altı nəqliyyat növü fəaliyyət göstərirdi. Bəs indi?

 

Gün gələcək bizi də yığacaqlar bir yerə,

Deyəcəklər: yaraşmır tramvay bu şəhərə.

– Sürücülər, sizinlə qurtardıq, – deyəcəklər.

– Relslərin hamısını çıxardıq, – deyəcəklər.

Onda biz də taparıq ayrı peşə, ayrı iş,

Yol geniş, həyat geniş.

 

Yox. Bu şeir indi yazılmayıb. Qabilin 1962-ci ildə yaratdığı “Tramvay parka gedir” adlı poemadan bir parçadır. Nəinki tramvay – trolleybus, marşrut taksilər, elektriçkalar da parka gedib və geri qayıtmayıb. Trolleybusların naqilləri, tramvayların, elektriçkaların relsləri sökülüb, əridilib. Marşrut taksilərinin yerini isə metro çıxışlarında “Müşfiqabad-1 manat, Hövsan-1manat, Atyalı-1 manat, Mərdəkan, Şüvəlan, Buzovna... – 1 manat” deyənlər tutublar. Bunu parkovkadan pul qırıb, amma nəqliyyata cavabdeh olanlar görmürlərmi?  Bakının dar küçələrində qoşqulu-qarmoşka İkaruslar hərəkət edə bildiyi halda, bəs indi uzun Baku-Bus-lar niyə xəttə buraxılmır? Ümumiyyətlə niyə Bakının bütün sərnişinləri bu rahat avtobusların xidmətindən istifadə edə bilməsin axı? Koroğlu metrostansiyasından qəsəbələrə gedənlər Bakı əhalisi sayılmırmı? Bakının küçələrində dörd vaqonlu metrobuslar şütüyə bilməzmi?

Bakı sərnişin nəqliyyatına yazığım gəlir. Yox. Düz demədim. Sərnişinlərə yazığım gəlir. Metro yazıq neyləsin. Çatdırmır. Stansiyaları təmir edir, gözəlləşdirir.  İstifadə müddəti müddətsiz, yəni ki, ömürlük olan qranit-mərməri söküb, metlaxla, plasmas, alüminium lambirinlərlə  əvəz edir. Halal xoşları. Vaqonlar ki, həmin vaqonlardır. Sərnişinlər isə iki dəfə artıb.

Çoxdandır bu cür yazılar yazmıram. Yazdım. Bəlkə düzəldi.

 

MÜƏLLİFİN DİGƏR YAZILARI
Qaxda zəlzələ olub 17 İyun 2019, 10:33 Kanadada yaşayan azərbaycanlı rəssam:  “Yox cavabı alanda, deyirdilər, “heç olmasa, amerikalısan” - MÜSAHİBƏ 17 İyun 2019, 10:20 Bakıda Ümumdünya Turizm Təşkilatının İcraiyyə Şurasının 110-cu sessiyasına start verilib 17 İyun 2019, 10:02 Xalq şairinin yubiliyar qızı - Xatirə xanım 17 İyun 2019, 10:02 Ermənilər cəbhədə təxribatlara davam edir 17 İyun 2019, 10:00 40 gündə 93 ölüm - Rəis piyadaları İTTİHAM ETDİ 17 İyun 2019, 09:38 Qaxda kişi özünü bıçaqladı 17 İyun 2019, 09:23 Beş ayda ölkədə istifadəyə verilmiş müəssisələrin SİYAHISI 17 İyun 2019, 09:04 Bakıda 2 otaqlı ev yandı 17 İyun 2019, 08:55 Ərdoğan Putin və Trampla bir araya gəlir 17 İyun 2019, 00:41 Prezident canlı yayımda 600 mindən artıq sualı cavablandıracaq 17 İyun 2019, 00:09 Kazinoda azərbaycanlı qadın döyüldü 16 İyun 2019, 23:49 Sumqayıtda ağır qəza 16 İyun 2019, 23:37 Pənah Hüseyndən Surət Hüseynova sərt CAVAB: “Qələt eləyir, başın daşa döyür” 16 İyun 2019, 23:15 Baş redaktor vəfat etdi 16 İyun 2019, 22:57 Təyyarə qəzadan son anda döndü 16 İyun 2019, 22:52 Surət Hüseynovun sensasion VIDEOSU - Mir Şahinin vaxtnda 16 İyun 2019, 22:42 Şəkidə 14 yaşlı yeniyetmə intihar etdi 16 İyun 2019, 22:24 İstanbul savaşı: İmamoğlu-Yıldırım debatından CANLI YAYIM 16 İyun 2019, 22:06 Litvaya 19 minə yaxın miqrant gəlib 16 İyun 2019, 21:46 Göygöldə ağır mikroavtobus qəzası 16 İyun 2019, 21:27 Krımda azərbaycanlı pula görə qətlə yetirildi - VİDEO 16 İyun 2019, 21:08 İki təyyarə toqquşdu: pilotlar öldü 16 İyun 2019, 20:54 Röyadan LGBT-yə dəstək 16 İyun 2019, 20:36 Azərbaycanlı qəza törətdi: Futbolçunun həyat yoldaşı öldü 16 İyun 2019, 20:19 Azərbaycandan Meksikaya gedən turistlərin sayı artıb 16 İyun 2019, 20:02 Gürcüstanda meşə yanğınları olub 16 İyun 2019, 17:43 Goranboyun başçısı görülən işlərlə tanış oldu 16 İyun 2019, 17:06 Sumqayıtda ər arvadını bıçaqladı - SƏBƏB  16 İyun 2019, 16:55 Suriyada Türkiyənin müşahidə məntəqəsi atəşə tutulub 16 İyun 2019, 16:29 Binəqədidə üçmərtəbəli yaşayış binasında YANĞIN   16 İyun 2019, 16:01 9-cular üçün buraxılış imtahanının ikinci mərhələsi başa çatıb 16 İyun 2019, 15:23 Azərbaycanlılar Fuad Abbasova görə Moskvada aksiya keçiriblər - FOTOLAR 16 İyun 2019, 15:06 OPEC-in növbəti görüşünün keçiriləcəyi vaxt açıqlandı 16 İyun 2019, 14:41 Prezident təmirə 40 milyon manat ayırdı - Məktəblərdə yenə də şagirdlərdən pul yığılır 16 İyun 2019, 14:10