Modern.az

Çempionlar Liqası: “Sabah” növbəti mərhələdədir

Çempionlar Liqası: “Sabah” növbəti mərhələdədir

İdman

14 İyul 2026, 23:32

UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində Uelsin TNS klubu ilə "Sabah" arasında cavab oyunu başa çatıb.

Modern.az xəbər verir ki, Azərbaycan təmsilçisi "Park Hall” stadionunda keçirilən qarşılaşmada rəqibini 2:1 hesabı ilə məğlub edib.

Qolları 28-ci dəqiqədə Coy Lens Mikels və 42-ci dəqiqədə Rəhman Daşdəmirov vurub.

İki oyunun nəticəsinə əsasən TNS-i 4:1 hesabı ilə üstələyən "Sabah" II təsnifat mərhələsində Finlandiya təmsilçisi KuPS-a rəqib olub.

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyədə dollar rekord həddə çatdı - Azərbaycanı nə gözləyir