Modern.az

Sertifikatlaşdırmada ən uğurlu fənn müəllimləri məlum oldu

Sertifikatlaşdırmada ən uğurlu fənn müəllimləri məlum oldu

Təhsil

13 İyul 2026, 14:04

2026-cı il üzrə müəllimlərin sertifikatlaşdırılması prosesində ən yüksək uğur göstəricisi texnologiya fənnini tədris edən müəllimlər arasında qeydə alınıb.

Modern.az xəbər verir ki, bu barədə AZƏRTAC-ın sorğusuna cavab olaraq Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, texnologiya fənni üzrə sertifikatlaşdırmada iştirak edən 2948 müəllimdən 2555-i uğurlu nəticə göstərib.

Fiziki tərbiyə fənni üzrə 5419 müəllimdən 4516-sı, təsviri incəsənət üzrə 1689 müəllimdən 1405-i, musiqi üzrə 1311 müəllimdən 1041-i, tarix fənni üzrə isə 5571 müəllimdən 4194-ü sertifikatlaşdırmadan uğurla keçib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...