ABŞ Prezidenti Donald Tramp gəmilərin Hörmüz boğazından keçidi zamanı təhlükəsizliyin təmin edilməsinə görə yüklərin dəyərinin 20%-ni almaq niyyətindən imtina edib.
Modern.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Trampın "Truth Social" sosial şəbəkəsindəki bəyanatında deyilir.
Trampın sözlərinə görə, ödənişin əvəzinə Fars körfəzi dövlətləri ilə ticarət və investisiya sazişləri bağlanacaq. ABŞ lideri qeyd edib ki, bu qərar Yaxın Şərq ölkələrinin rəhbərliyi ilə aparılan danışıqların yekunlarına əsasən qəbul edilib. O, ABŞ iqtisadiyyatına ediləcək yeni investisiyaların "nəhəng" olacağına və artıq mövcud olan rekord həcmli yatırımları üstələyəcəyinə əmin olduğunu ifadə edib.
"Mən Birləşmiş Ştatların xeyrinə olan 20 %-lik ödənişi Fars körfəzi dövlətlərinin ABŞ ilə bağlayacağı ticarət və investisiya sazişləri ilə əvəz etmək qərarına gəldim", - o bildirib.