İsrail İran ətrafındakı yeni gərginliyə hazırdır. İran ölkəmizə hücum edəcəyi təqdirdə misli görünməmiş zərbə ilə üzləşəcək.
Modern.az xəbər verir ki, bunu İsrailin Baş naziri Binyamin Netanyahu bildirib.
Onun sözlərinə görə, İsrail hücumları cavabsız qoymayacaq: "Biz istənilən ssenariyə hazırıq. Sizə yalnız bir şey deyə bilərəm və bunu İran liderlərinə də deyəcəyəm; bizə hücum etsəniz, buna səssiz qalacağımızı gözləməyin. Yeni zərbəmiz fərqli, daha güclü olacaq. Kiminsə bizə vurduğu zərərə cavabsız qaldığımız dövrlər artıq geridə qalıb. Biz bunu İrandakı şər oxuna qarşı etdik və bizə zərər verən hər kəsə də eyni şeyi edəcəyik. Biz məhz bunu edirik".