Modern.az

Putin Tehrana "Qiyamət günü təyyarəsi" göndərdi

Putin Tehrana "Qiyamət günü təyyarəsi" göndərdi

Dünya

14 İyul 2026, 18:34

Rusiya Prezidenti Vladimir Putinin ABŞ və İran arasında yenidən başlayan qarşıdurma fonunda Tehrana xüsusi təyinatlı idarəetmə təyyarəsi göndərdiyi bildirilir.

Modern.az xəbər verir ki, bu barədə Flightradar24 məlumatlarında qeyd olunub.

Məlumata görə, Rusiyanın ali rəhbərliyi üçün nəzərdə tutulmuş Tu-214PU tipli təyyarə Moskvanın Vnukovo hava limanından Tehrana uçuş həyata keçirib. RA-64531 qeydiyyat nişanlı təyyarə Prezident Administrasiyasına xidmət göstərən "Rossiya" xüsusi uçuş dəstəsinin istismar etdiyi ən mühafizəli hava idarəetmə vasitələrindən biri hesab olunur.

Qeyd olunur ki, Tu-214PU ("idarəetmə məntəqəsi" mənasını verir) məlumat ötürmə sistemləri, qapalı strateji rabitə kanalları və böhran vəziyyətlərində hökumət və hərbi əməliyyatların koordinasiyasını təmin edən avadanlıqlarla təchiz olunub.

Təyyarə yüksək təhlükə şəraitində belə fasiləsiz idarəetməni təmin etmək imkanına malikdir. Məhz bu səbəbdən o, ABŞ prezidentinin istifadə etdiyi analoji təyyarəyə bənzədilərək Rusiyanın "Qiyamət günü təyyarəsi" adlandırılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin onlara RƏHM ETMƏYƏCƏK! - Kreml lideri qəti qərar verdi