Modern.az

Metroda 5 qəpik qıtlığı yaranıb

Metroda 5 qəpik qıtlığı yaranıb

1 Oktyabr 2009, 13:09

Bakı Meropolitenində gedişhaqqının 5 qəpikdən 15 qəpiyə qaldırılması sərnişinlərə əlavə problemlər yaradıb.

Modern.az-ın əməkdaşı bu gün səhər metronun bir neçə stansiyasında müşahidələr apararkən sərnişinlərin ciddi narazılıq etmələrinin şahidi olub. Məsələ burasındadır ki, gedişhaqqı artırılsa da, terminallarda plastik karta ödəmə üsulları əvvəlki kimi qalıb. Yəni əvvəlki kimi karta gediş yükləmək üçün terminala 20 və 50 qəpik, 1 və 5 manat ödəmək lazımdır. Amma bu zaman çox ciddi bir problem yaranır. Gediş qiyməti 15 qəpik olduğundan, terminala 20 qəpik atdıqda 5 qəpik qalıq qalır. Terminalda qalan qalıq pulla bağlı çek çıxır. Çekdə əks olunan qalığı isə nəzarətçi kassirdən almaq lazımdır. Ancaq kassada 5 qəpik qıtlığı yarandığı üçün qalığın miqdarını yalnız 10 qəpikdən yuxarı olduqda almaq olar.   Bakı Metrpoliteninin mətbuat xidmətinin rəhbəri Nəzakət Tanrıverdiyeva Modern.az-a bildirib ki, bütün kassalara göstəriş verilib ki, sərnişinlərin pullarının qalığı qaytarılsın. Günay MUSAYEVA

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı