Modern.az

Nərgiz Rüstəmovaya yüksək vəzifə verildi

Nərgiz Rüstəmovaya yüksək vəzifə verildi

İdman

19 Sentyabr 2026, 09:39

Azərbaycan Üzgüçülük Federasiyasına Baş Əməliyyat direktoru təyin edilib.

Modern.az xəbər verir ki, Nərgiz Rüstəmova Azərbaycan Üzgüçülük Federasiyasının Baş Əməliyyat direktoru (Chief Operations Officer) vəzifəsinə təyin edilib.

O, eyni zamanda Azərbaycanda ilk dəfə keçiriləcək "World Aquatics Swimming World Cup - Silk Road Baku 2026" üzrə Yerli Təşkilat Komitəsinin müşaviri (LOC Advisor) kimi fəaliyyət göstərəcək.

Nərgiz Rüstəmova insan resurslarının idarə edilməsi, inzibati fəaliyyət, protokol və yerli, eləcə də beynəlxalq səviyyəli tədbirlərin təşkili sahələrində uzunmüddətli peşəkar təcrübəyə malikdir.

"World Aquatics Swimming World Cup-Silk Road Baku 2026"nın Azərbaycanda ilk dəfə keçirilməsi ölkənin idman həyatında mühüm hadisə olmaqla yanaşı, su idman növlərinin inkişafı və Azərbaycanın beynəlxalq idman tədbirlərinin təşkilində malik olduğu imkanların nümayiş etdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ərdoğana kritik çağırış edildi: 8 noyabrda Bakıda ol!