Modern.az

Azərbaycan nefti rekord qiymətə doğru - 122 dolları ötüb

Azərbaycan nefti rekord qiymətə doğru - 122 dolları ötüb

İqtisadiyyat

19 Sentyabr 2026, 10:21

"Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,29 ABŞ dollar artıb.

Modern.az xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,29 ABŞ dolları və ya 1,07 % artaraq 122,37 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ərdoğana kritik çağırış edildi: 8 noyabrda Bakıda ol!