Modern.az

Elşad Namazov vəzifəsindən ayrıldı

Elşad Namazov vəzifəsindən ayrıldı

Ölkə

19 Sentyabr 2026, 11:17

Abşeron Logistika Mərkəzinin Marketinq və Kommunikasiya Departamentinin direktoru Elşad Namazov vəzifəsindən ayrılıb.

Modern.az iqtisadiyyat.az-a istinadən xəbər verir ki, o, mərkəzdə 8 illik fəaliyyətini tamamladığını bildirib.

E.Namazov 2024-cü ildən bu vəzifədə çalışırdı. 2018-2024-cü illərdə isə Departament daxilində Marketinq və Kommunikasiya şöbəsinin müdiri vəzifəsində işləyib.

Qeyd edək ki, Abşeron Logistika Mərkəzi 13 avqust 2018-ci il tarixində fəaliyyətə başlayıb. Mərkəz 65,7 hektar ərazini əhatə edir və Qafqaz regionunun ən böyük quru yük limanlarından biridir.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranda əhaliyə şok xəbərdarlıq - Dağıdıcı hücumlar...