17Sentyabr | Ana Səhifə - Yazılar - Oyuncağa dönən mitinq məsələsi...
Oyuncağa dönən mitinq məsələsi...

Elman Babayev


28 sentyabr mitinqi, əslində Milli Şuranın hazırlaşmadığı, sadəcə ictimai rəyi aldadan siyasi mübarizə görüntülü taktikasıdır

 

 

Milli Şuranın sentyabrın 28-nə təyin olunan aksiyasına hakimiyyətin icazə verəcəyi inanandırıcı görünmür. Görünən odur ki, elə  Milli Şuraya da məhz bu lazımdır: hakimiyyət mitinqə icazə verməsin!

Bilərəkdən mitinqin keçirilməsi üçün elə yerlər (28 May metro stansiyasının qarşısındakı meydan, Tofiq Bəhramov adına stadionun girişindəki meydan və Nərimanov parkının qarşısındakı meydan) təklif olunub ki, həmin məkanlarda mitinqlərə razılıq verilməsi sadəcə mümkünsüzdür.

 

Yəni  meydan kimi arzulanan ərazilər çoxdan meydan statusunu itirib. Bu ərazilərdə yeni infrastruktur, müxtəlif ticarət və iaşə obyektləri inşa olunub, beləliklə, əhalinin ən gur olduğu ərazilərə çevrilib. Bu cür ərazilərdə əhalinin gediş-gəlişinə, istirahətinə əngəl törədilməsi baxımından mitinqin keçirilməsi mümkünsüzləşib.

 

Son illər müxalifətin hakimiyyətin təklif etdiyi yerlər içərisində razılaşdığı yeganə məkan - “Məhsul stadionu” isə bu ayın əvvəlindən təmirə bağlanıb. Bu baxımdan ola bilsin ki, hakimiyyət başqa variant  təklif edə bilər; bəs müxalifət başqa məkanlara razılaşarmı-inandırıcı görünmür.

 

Çünki yuxarıda vurğuladığımız kimi, müxalifət anlaşa bilmədiyi halda özünə daha çox ictimai diqqət qazandığını hesablayır, sadə dillə desək, belə bir fakt üzərindən özünə sərfəli oyun qurmaq həvəsinə düşür.     

Deməli, 28 sentyabr mitinqi, əslində Milli Şuranın hazırlaşmadığı, sadəcə ictimai rəyi aldadan siyasi mübarizə, siyasi fəaliyyət görüntülü bir mitinq taktikasıdır.

 

Milli Şura əmindir ki, hakimiyyət prinsipial davranacaq; aksiyalar üçün müəyyənləşdirdiyi konkret marşurutlardan kənara çıxmayacaq. Odur ki, təkrar edirik: geniş meydanlara iddia etməklə, müxalifət cəmiyyətdə özünün reklamını qurur, eyni zamanda, tərəfdarlarının ayrı bir zamanda qatılacağı mitinqin hazırlığı yönündə təbliğatla məşğul olur.

 

Bəs, bu təbliğat müxalifətə nə verir? Təbii ki, müəyyən qədər məhdud tərəfdarları müxalifətin siyasi planlarından xəbərdar olmuş olur. Lakin təbliğat cəmiyyətin dərin və daha geniş qatlarına işləmir, onun mövqeyinə təsir göstərmir.

 

Müxalifət coxdandır ki, istər icazəsiz, istərsə də icazəli aksiyalara qüvvət verən potensialından məhrum olub;  kütləvi aksiyalara meylli olsalar da, başa düşürlər ki, onların təşkilatcılığı ilə kecirilməsi planlanan mitinqlər fiaskoya məhkumdur, o ki qala icazə verilməyən ünvanlara təyin edilən aksiyaları təşkil etmək. Belə aksiyalar, ümumiyyətlə, baş tuta bilməz, hətta müxalifətə baha başa gələ bilər. Ona görə də çox güman ki, müxalifət sözçüləri təxirəsalınma üçün əslində coxunun gözlədiyi cavabı səsləndirəcəklər: “bizim istədiyimiz yerlərdə icazə verilmədi” və ya “sərbəst toplaşmaq azadlığı məhdudlaşdırılıb”. Artıq belə qənaət möhkəmlənir ki, müxalifət icazəsiz aksiyalarda siyasi zarafatlarla məşğul olmağı sevir, icazəli aksiyalara hazır olmadığını hakimiyyətin qadağası ilə pərdələməyə çalışır.  

 

Digər tərəfdən, bu gün müxalifət internetin imkanlarından geninə-boluna yararlanır. Əli Kərimli internet tv-də demək olar ki, hər gün müsahibələr verir. Əgər kütləvi tədbirlərdə müxalifətin şüarları məhdud auditoriyaya çatırsa, efir qarşısında milyonlarla tamaşacı dayanır və müxalifətin sözü həmin tamaşacının diqqətinə köçür. Qəti məsələdir ki, müxalifət efir müstəvisində nail olduqlarına heç bir şəkildə mitinq müstəvisində nail ola bilməyəcək. Özü də ki təyin edilib, təxirə düşən, beləliklə, oyuncağa dönən mitinq məsələsində.

 

Ən nəhayət, mitinqin tələbləri əhalinin tələbləri kimi qələmə verilə bilməz.

 

Bunlardan biri tibbi sığortanın tətbiqi tələbidir ki, artıq bir neçə rayonda bu sistem tətbiq olunur. Bir neçə aydan sonra, yəni gələn ilin yanvarından sistemin bütün ölkədə tətbiqi nəzərdə tutulur. Bu tələb həyata vəziqə qazandığından əhəmiyyətini itirib.

 

İkinçisi, uşaq pulunun bərpası tələbidir. Azərbaycanda bu gün  aztəminatlı ailələrdəki uşaqlara ünvanlanmış 10-dan atrıq müavinət növü var. Həmin müavinətlər də bu il artırılıb. Eyni zamanda, əmək haqqı və pensiyalarda artımlar edilib. Prezidentin əhalinin sosial rifahının gücləndirilməsi ilə bağlı bu il imazaladığı sərəncamlar 4,2 milyon insanı əhatə edir. Artımların cari il üçün dəyəri 2,3 milyard manat təşkil edir. Hazırda ortalığa atılan uşaq pulu məsələsi sırf hakimiyyətin həyata keçirdiyi sosial müdafiə tədbirlərini gözdən salmağa hesablanıb.

 

Üçüncüsü, Dağlıq Qarabağ problemidir ki, Əli Kərimli guya hakimiyyətin torpaqları itirməyə razılıq verməsi kimi heç bir fakta söykənməyən iddialar səsləndirməkdə davam edir. Azərbaycan  ordusunun daha da güclənməsi, son illər həyata keçirdiyi uğurlu əməliyyatlar görməzdən gəlinir. Faktdır ki, hakimiyyətin Dağlıq Qarabağ məsələsində dəyişməz və prinsipial mövqeyi dəyişməyib. Belə bir şəraitdə Qarabağla bağlı hər hansı təhlükənin olmasını iddia etmək gülüncdür.

 

Dördüncü tələb seçki islahatlarının keçirilməsidir. Bu, hazırda əhalini düşündürən, narahat edən məsələdirmi? Əlbəttə ki, yox! 2018-ci il seçkilərindəki kütləvilik xalqın seçkiyə münasibətini ifadə etmirmi?

 

Beşincisi, siyasi məhbuslara azadlıq tələbidir. Bu o qədər çeynənmiş və gündəmdən düşmüş mövzudur ki, bunu əhalinin tələbi kimi qələmə vermək saxtakarlıqdır. Hakimiyyətin bu məsələdə mövqeyi dəfələrlə ifadə olunub və bildirilib ki, Azərbaycanda siyasi məhbus yoxdur. Konkret cinayət əməlinə görə məhkum olunan insanlar var. Onların hər biri hüquqlarından həm Azərbaycanda, həm də Avropa məkanında istifadə edə bilərlər. Əgər kim Azərbaycan məhkəmələrinə, hüquq sisteminə güvənmirsə, Avropa İnsan Hüquqları məhkəməsinə müraciət etmək imkanına malikdir.  

 

Sonuncu, sənədsiz evlərə sənəd verilməsi, təbii qaz və elektrik enerjisinə qoyulan limitin ləğv edilməsi tələbləridir ki,  bu gün hakimiyyətin həll etməkdə olduğu məsələlər sırasındadır. Qazın limitinə bu ilin may ayında baxılıb. Təbii qaza olan limitə yenidən baxılaraq, mayın 1-dən 2 200 kubmetr həcmində müəyyən edilib. Gözləniləndir ki, işıqla bağlı məsələyə də baxılısın. Sənədsiz evlərə sənəd verilməsi məsələsinə isə baxıldığı və yaxın vaxtlarda qərarın veriləcəyi bildirilib.

 

Beləliklə, ortada sadə bir həqiqət var: müxalifət zorla bir dirəniş yaratmaq, narazılar qrupu axtarıb tapmaq, mitinqlər üçün iştirakçı ovlamaq məqsədilə dəridən-qabıqdan çıxır!       

Hər dəfə iddia olunan rəqəmə yetişməyəndə, bunu süni yollarla şişirtmək, aksiya baş tutmadıqda, insanları “biz güclüyük” saxtakarlığına inandırıb ətrafına çəkmək fəaliyyətini inadla davam etdirmək üçün çarpışır...

MÜƏLLİFİN DİGƏR YAZILARI
Türkiyədə yaşayan azərbaycanlı alim vəfat etdi 7 Aprel 2020, 00:52 İsraildə bayram müddətində karantin elan edildi 7 Aprel 2020, 00:46 Daha bir ölkədə koronavirus aşkarlandı - 4 nəfər yoluxdu 7 Aprel 2020, 00:34 Ağdaban faciəsindən 28 il ötür 7 Aprel 2020, 00:16 Komitə sədri əhaliyə müraciət etdi: Hər şeydən vacib ailədaxili mühiti sahmana salmaqdır 7 Aprel 2020, 00:07 ARB-yə yeni direktor TƏYİN OLUNDU 6 Aprel 2020, 23:51 Koronavirusa yoluxan Baş nazir reanimasiyaya yerləşdirildi 6 Aprel 2020, 23:42 İstanbulda iki pandemiya xəstəxanası tikiləcək 6 Aprel 2020, 23:30 “Barselona”nın sabıq məşqçisi öldü 6 Aprel 2020, 23:16 Fransada koronavirusdan bir gündə 800 nəfər öldü 6 Aprel 2020, 22:58 Bakıda yolu keçən qadını avtomobil vurdu 6 Aprel 2020, 22:43 Konstitusiya Məhkəməsi Ali Məhkəmənin qərarını ləğv etdi 6 Aprel 2020, 22:30 Koronavirus: mif və reallıqlar 6 Aprel 2020, 22:19 Aprelin 8-dən 7 bank faisziz krediti verəcək 6 Aprel 2020, 22:06 ABŞ-da  COVID-19-dan 10 335 nəfər öldü 6 Aprel 2020, 21:43 Neftçalada ata və oğlunun suda batma səbəbi bilindi - YENİLƏNİB 6 Aprel 2020, 21:27 Türkiyədə koronavirus qurbanlarının sayı 649-a çatdı 6 Aprel 2020, 21:15 Rusiya Ümumdünya Səhiyyə Təşkilatına 1 milyon dollar ayırdı 6 Aprel 2020, 20:57 “Prezidentimizin siyasətində millətimizin sağlamlığı, təhlükəsizliyi, rahatlığı və rifahı hər şeydən üstündür” - Musa Qasımlı 6 Aprel 2020, 20:44 Deputat Kamal Cəfərov CANLI YAYIMda sualları cavablandırır 6 Aprel 2020, 20:28 Nazirlik pandemiyadan zərər çəkən sahibkarlarla bağlı atılacaq addımları AÇIQLADI 6 Aprel 2020, 20:22 “Bu humanist addımdan əfv olunanlar nəticə çıxaracaqlar” - Deputat 6 Aprel 2020, 20:21 Dövlət Komitəsi əhaliyə pulsuz tibbi maskalar payladı - FOTO   6 Aprel 2020, 20:14 “Azərbaycanda un təchizatı ilə bağlı heç bir problem yoxdur!” - RƏSMİ 6 Aprel 2020, 19:57 Adil Əliyev: “Prezidentin göstərişi ilə çox vacib bir məsələ qısa zamanda həllini tapdı”  6 Aprel 2020, 19:50 Ailələrə verilmiş uşaqların internat müəssisələrinə geri qayıdışı dayandırılıb - Ombudsman 6 Aprel 2020, 19:40 İnanaq ki, onlar bir daha həbsxanaya geri qayıtmayacaq - ÜÇ DEPUTAT 6 Aprel 2020, 19:31 Baş həkim: “Lerikdə koronavirusa yoluxan yoxdur” 6 Aprel 2020, 19:10 Ermənistanda 6 polis koronavirusa yoluxdu 6 Aprel 2020, 19:02 Müavinət və pensiyaları bütün bankomatlardan komissiyasız nağdlaşdırmaq mümkün oldu 6 Aprel 2020, 18:57 “Bəzi işbazların bu hərəkətlərə yol verməməsinə çalışmalıyıq” - Sabir Hacıyev 6 Aprel 2020, 18:48 Operativ Qərargahdan xəbərdarlıq - Bəzi baş redaktorlar saxta vəsiqələr verir 6 Aprel 2020, 18:43 “Ölkəmizdə yaranmış tibbi maska qıtlığı aradan qaldırılacaq” - Millət vəkili 6 Aprel 2020, 18:38 "Nar" abunəçilərə səyyar xidmət göstərməyə başladı 6 Aprel 2020, 18:32 Neftçalada 2 nəfər su kanalına düşüb 6 Aprel 2020, 18:28