Modern.az

Yunanıstan Ukraynadan hücumları dayandırmağı TƏLƏB ETDİ

Yunanıstan Ukraynadan hücumları dayandırmağı TƏLƏB ETDİ

Dünya

Bu gün, 15:25

Yunanıstan Ukraynadan Rusiya limanlarında yerləşən yunan tankerlərinə hücumları dayandırmağı tələb edib. Bu şərtin əvəzində Afinanın “Patriot” hava hücumundan müdafiə sistemləri üçün raketlər verməyə hazır olduğu bildirilir.

Modern.az xəbər verir ki, bu barədə Ukrayna Ali Radasının deputatı Ruslan Qorbenko məlumat verib.

Onun sözlərinə görə, Kiyev bu şərti qəbul etmək niyyətində deyil.

“Bizə şərt qoyulmayacaq. Ya onları verirsiniz, ya da utilizasiya edin, ehtiyat hissələrinə ayırın, onlardan kulon düzəldib boynunuzdan asın”, – Qorbenko bildirib.

Qeyd edək ki, Ukrayna hakimiyyəti dəfələrlə “Patriot” sistemləri üçün raket çatışmazlığı olduğunu açıqlayıb və Qərb ölkələrindən əlavə hava hücumundan müdafiə vasitələri və onlar üçün sursatların tədarükünü istəyib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin onlara RƏHM ETMƏYƏCƏK! - Kreml lideri qəti qərar verdi