Modern.az

Bakıdakı dəbdəbəli toyun sahibi bu məmur imiş - GÖRÜNTÜ

Bakıdakı dəbdəbəli toyun sahibi bu məmur imiş - GÖRÜNTÜ

Aktual

Bu gün, 15:43

Ötən gün Bakıda yerləşən Böyük Sarayda baş tutan dəbdəbəli toyla bağlı bəzi təfərrüatlar məlum olub.

Modern.az “Unikal”a istinadla xəbər verir ki, Nicat və Sitarə adlı cütlüyün toy məclisinə Azərbaycan və Türkiyədən məşhurlar da qatılıb.

Məlum olub ki, Nicat adlı bəylə ailə həyatı quran xanım Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsinin rəis müavini Elgün Feyzullayevin qızıdır.

Sitarə xanım özü isə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Dubay şəhərindəki SOCAR International DMCC-də (Dubai Multi Commodities) ticarət üzrə analitik vəzifəsində çalışır.

Qeyd edək ki, toya Xalq artistləri Aygün Kazımova, Röya Ayxan, Türkiyədən Demet Akalın və digər məşhurlar qatılıb. Toyun yüz minlərlə manata başa gəldiyi deyilir.

Sizə yeni x var
Keçid et
Putin onlara RƏHM ETMƏYƏCƏK! - Kreml lideri qəti qərar verdi