Modern.az

İran Rusiyadan yeni “Şhahed” dronları istədi

İran Rusiyadan yeni “Şhahed” dronları istədi

Dünya

Bu gün, 15:58

İranın Rusiya hökumətinə İsrail və ABŞ-yə qarşı müharibədə istifadə etmək üçün “Geran” dronlarının yeni versiyalarının verilməsi ilə bağlı müraciət etdiyi bildirilir.

Modern.az xəbər verir ki, bu barədə Financial Times nəşri Qərb mütəxəssislərinə və Kremlə yaxın mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, söhbət ilkin olaraq İranın Rusiyaya tədarük etdiyi “Şhahed” pilotsuz uçuş aparatlarının yeni modifikasiyalarından gedir.

Nəşrin yazdığına görə, yeni versiyalar saatda 600 kilometrədək sürət yığa, 90 kiloqramadək döyüş başlığı daşıya və 1000 kilometrədək məsafə qət edə bilir.

Bildirilib ki, yeni dronlar termal görüntüləmə kameraları, süni intellekt əsaslı idarəetmə sistemləri və radioelektron maneələrə qarşı müdafiə vasitələri ilə təchiz olunub. Həmçinin onların Çin istehsalı modemlər vasitəsilə şəbəkə tipli rabitə sistemi ilə təmin edildiyi qeyd olunur.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin onlara RƏHM ETMƏYƏCƏK! - Kreml lideri qəti qərar verdi