27 Sentyabr 2019, 14:11 | Ana Səhifə - Yazılar - Kimsə bunu oxumasa, eyb etməz
Kimsə bunu oxumasa, eyb etməz

Elçin Alıoğlu


Həyatda əsas olan nədir? Çalışmaq gərək ki, gedişən sonra dünya bizdən əvvəlkindən az da olsa, yaxşı olsa. Azacıq, cüzi, lap az.

Həyatda bizi narahat edən, qəmləndirən, həyacanlandıran nəsnələr çoxdur.

Bir sirr açımmı sizə? O nəsnələrin tam əksəriyyəti mənasız və puçdur.

Həzz almadığınız işdə çalışmayın. Bəyənmədiyiniz yerdə əsla uğur olmayacaq. Səbr, istək və sədaqət yalnız sevilən işdə, peşədə olur.

Ətrafınızdakı insanların nə düşündüklərindən qorxmayın. Qorxu qəlbinizin ahəngini azaldır, sizi zəiflədir. Əgər qorxuya savaş açmasanız, o günbəgün artacaq, böyüyəcək və sonda bizdən sadəcə, zahiri, nazik qılaf qoyacaq.

Yeyəcək, məhv edəcək bizi.

Qəlbinizin səsini dinləyin. Eyb eğməz, kimsə bizi məcnun saya bilər, amma elə adamlar da olacaq ki, bizi əfsanə biləcək.

Yaşamınıza nəzarət edin. Yaşadıqlarınıza görə məsuliyyətə alışın. Heç nəyi sabaha saxlamayın. Həyatınızı əldən verdiyniz imkanlar yox, verdiyiniz qərarlar bəlirləsin.

İnsanlara dəyər verin. Bizi anlayanlar tükənməz dəstək, qüvvə və eşq mənbəyidir. Sizi sevənləri mövcudluq kimi qəbul etməyin.
Səhhətinzi düşünün, vücudu yox.
Ölənədək anlamırıq - oysa ki, vücud qılafmış. Məziyyətlər, arzular, fikirlər, məramlar üçün bir qutu. Dünyanımızı dəyişmək üçün içd heç nə yoxsa, bu vücudun varoluşunun bitməsini heç bir anlamı yox.

Hər birimizdə istedad və yüksəliş gücü var. Yetər ki, onları aşkarlamağa cəsarət tapaq.

Axınla üzüb günü günə, saatı saata satmaq olar. Ya da inandığımız uğrunda mübazirə aparmaq, həyat rəvayətimizi özümüz yaza bilərik. Həmd edirəm ki, dürüst yol seçək.

Həyat kövrək, dəyərli, təxminlənməzdi.

Hər yeni gün adilik yox, ənamdı.

Ölümdən qorxmağa gərək yox. Qaçılmazdır.

Müşkülümüz, ağrımız olanda bir anlıq düşünün ki, bəlalar, vəhşətlər içində qovrulanlar var. Onda həmin mühkülün nə qədər kiçik olduğunu anlayacağıq.

Sadəcə, nəfəs alaq. Nəfəs almağın özü böyük lütfdür.

Gediş anı çatanda, yaşananalara son dəfə nəzər salanda, xatırlayanda indiki problemlər o qədər əhəmiyyətsiz görünəcək ki. Çünki o anda görəcəyik ki, vücud şüurumuza tabe olmamağa başlayıb artıq.

Və on anda sadəcə, daha bir gün istəyəcəyik.

Sadəcə, bir gün.

Səhhət tək yaxşı vücud deyil. Hisslər, duyğular, ruh önəmlidi.
Medianın bizə sırıdığı "ideal vücud" kimi sarsaqlığıın əsiri olmayın. Özünüzü saf, yaxşı hiss etmək hüququnuza xələl gətirəcək hər heyi rədd edin.

Ağrısız, acısız hər günə minnətdar olun. Hətta zökəm olanda, burxulmuş topuq ağrıdanda, sınmış qolun sümüyü gizildəyəndə.

Hə, ağrıdır, amma həyata təhlükə deyil, keçib gedəcək.

Almaqdan çox hədiyyə və kömək edin.

Pul aşiqi olmayın. İnanın, vədəmiz çatanda xərcləyə bilmədiyimiz pullarımız qalacaq. Az və ya çox - nə fərq edəcək ki, onda...

Pulu özünüz barədə təəssürat yaratmağa yox, özünüzün təəsürat əldə etməyinizə sərf edin.

Gözəl anı smartfonun yaddaşına köçürmək yerinə qəlbinizə yazın, yaddaşınıza həkk edin.

Həyat onu ekranda yaşamaq, ideal foto etmək üçün verilməyib bizə. Gözəl anı yaşayın - başqalarına göstərmək üçün dondurmağa can atmayın.

Dostlarla, sevdiyiklərinizlə danışın. Telefonda yox.

Pulunuz varsa, səyahət edin. Yoxsa, ruhunuzu yollayın uzaq məkanlara.

Həyat üçün işləyin, işləmək üçün həyatınızı xərcləməyin.

Sevdiklərinizə bu hissinizi deyin. Deyin, utanmayın, simiclik etməyin.

Yaşamızını dəyişməyə cəsarət tapın.

Həyat qəflətən dəyişir.

Bizə demədən, bizdən soruşmadan.

Həyatınızı bəxtsiz olmağa sərf etməyin.

Oxumasanız da, eyb etməz.

Sevgilərlə.

MÜƏLLİFİN DİGƏR YAZILARI
Türkiyədə yanğınla bağlı son vəziyyət 31 İyul 2021, 22:07 Samuxda piyadanı maşın vurdu 31 İyul 2021, 21:53 Şəhriyar və Teymur FİDE reytinqində mövqeyini qorudu 31 İyul 2021, 21:38 Nazir müavinindən Türkiyədəki azərbaycanlı jurnalistlərə xəbərdarlıq 31 İyul 2021, 21:22 Bakıda mənzildən kişi meyiti tapıldı 31 İyul 2021, 21:08 Növbəti qrup Türkiyəyə yola düşdü - 1 helikopter, 53 texnika, 220 yanğınsöndürən 31 İyul 2021, 20:55 Rusiya qırıcısı dənizə düşdü 31 İyul 2021, 20:48 Prokurorluq bıçaqlanan polislə bağlı məlumat yaydı 31 İyul 2021, 20:36 FHN generalı Türkiyədəki yanğınla bağlı son vəziyyəti açıqladı 31 İyul 2021, 20:24 Bodrumda daha bir yanğın - 3 otel boşaldıldı 31 İyul 2021, 20:09 İki qardaş yol qəzasında yaralandı 31 İyul 2021, 19:55 Bir gündə rekord sayda peyvənd vuruldu 31 İyul 2021, 19:40 Türkiyəyə alovun içində qardaş dəstəyi - VİDEO 31 İyul 2021, 19:33 Marmaris bələdiyyəsi Azərbaycana təşəkkür etdi 31 İyul 2021, 19:25 Bitkoinin qiyməti 42 min dollara çatdı 31 İyul 2021, 19:20 Bakıda Reza Deqatinin sərgisi təşkil olundu - FOTOLAR 31 İyul 2021, 19:10 Həbsdən çıxanlar özünüməşğulluq proqramına cəlb edilir 31 İyul 2021, 19:00 Mehriban Əliyeva “Yüksəliş” müsabiqəsinin qaliblərini TƏBRİK ETDİ 31 İyul 2021, 18:34 Azərbaycan-İsrail iqtisadi əlaqələri genişlənir - FOTO   31 İyul 2021, 18:20 FHN-nin növbəti qrupu Türkiyəyə yola düşür - VİDEO 31 İyul 2021, 18:11 “Belə zamanlarda qardaşlığa çox ehtiyac duyulur” - Ərdoğan 31 İyul 2021, 18:02 Yoluxma sayı açıqlandı - 1 nəfər vəfat edib 31 İyul 2021, 17:50 FHN əməkdaşları Türkiyədə dəhşətli anlar yaşadı - VİDEO 31 İyul 2021, 17:35 BMT-dən aclıq fəlakəti ilə bağlı xəbərdarlıq   31 İyul 2021, 17:27 Eldəniz Səlimovun polis haqqında dedikləri... 31 İyul 2021, 17:05 Bakıda 546 küçə dezinfeksiya edilib 31 İyul 2021, 16:57 Flora Kərimova Prezidentə hərbi salam verdi - “Sizi sevirəm” 31 İyul 2021, 16:48 Keniyalı atletdə dopinq aşkarlandı 31 İyul 2021, 16:23 Hərbçilər üçün konsert verilib - FOTOLAR 31 İyul 2021, 16:14 Nazirlik: Neft ixracı azalıb   31 İyul 2021, 16:05 Həlak olan əsgərimizin FOTOSU 31 İyul 2021, 15:51 Tokio-2020: Futbol yarışlarında ilk yarımfinalçı bəlli oldu 31 İyul 2021, 15:43 Azərbaycan Ordusunun əsgəri həlak oldu  31 İyul 2021, 15:35 Doktoranturaya sənəd qəbulu başa çatır 31 İyul 2021, 15:32 Qeyri-neft məhsullarının ixrac olunduğu əsas ölkələr   31 İyul 2021, 15:29