Modern.az

Qaxdakı ağır qəzada xəsarət alan qadın öldü – YENİLƏNİB

Qaxdakı ağır qəzada xəsarət alan qadın öldü – YENİLƏNİB

Hadisə

19 Sentyabr 2026, 15:22

Qəza nəticəsində xəsarət alan 1995-ci il təvəllüdlü qadın xəstəxanada aparılan reanimasiya tədbirlərinə baxmayaraq, saat 11:20 radələrində vəfat edib.

Bu barədə Modern.az sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Yaralılardan 3 nəfərin müalicəsi Qax Rayon Mərkəzi Xəstəxanasında davam etdirilir. Onların vəziyyəti stabil qiymətləndirilir.

15:56

Qax rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Modern.az-ın məlumatına görə, qəza səhər saatlarında Qax-Qorağan avtomobil yolunda qeydə alınıb.

Belə ki, hərəkətdə olan iki minik avtomobilinin toqquşması nəticəsində Nüşabə Musayeva, Arzuman Musayev, Gülnarə Cəfərova və Qəzənfər Həşimov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Onlardan G. Cəfərovanın vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ərdoğana kritik çağırış edildi: 8 noyabrda Bakıda ol!