Modern.az

Dünyada 150 milyondan çox uşaq əməyə cəlb edilib

Dünyada 150 milyondan çox uşaq əməyə cəlb edilib

Təhsil

6 Oktyabr 2009, 16:23

YUNISEF oktyabrın 6-da açıqladığı hesabatda dünyada uşaq hüquqlarının pozulması, onlara qarşı zorakılıq və istismar hallarının mövcudluğundan bəhs edib.

Modern.az xəbər verir ki, qurumun hesabatında bildirilib ki, dünyada milyonlarla oğlan və qızın qayğıya ehtiyacı var, onlar ticarətin qurbanına çevriliblər, çox zərərli şərtlər altında işləməyə məcbur edilirlər.

Hesabatda qeyd olunub ki, əgər bu gün uşaqlar erkən nigaha məcbur edilirsə, ən seksual işçilər kimi təhqir edilirsə və ya onların elementar hüquqları pozulursa cəmiyyət çiçəklənə bilməz.

Uşaq nigahının geniş yayılmış olduğu ölkələr kimi Banqladeş, Qvineya və Nepalın adı çəkilib. Dünyanın bəzi ölkələrində-məsələn, Somali və Liberiyada hər üç uşaqdan ikisinin doğumunun qeydə alınmadığı bildirilib. YUNİSEF bəyan edib ki, hazırda dünyada 5-14 yaşlarında 150 milyondan çox uşaq qanunsuz əməyə cəlb edilib. Uşaq əməyinin əsas səbəbi kimi yoxsulluq göstərilib.

Təşkilatın araşdırması zamanı məlum olub ki, inkişaf etməkdə olan bəzi ölkələrdə qadınların və qızların yarıdan çoxu, xüsusilə daha gənc qadınlar həyat yoldaşları tərəfindən döyülmənin məqbul hesab ediblər. Uşaqlar ən çox Tacikistanda döyülür

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir