Modern.az

Yayılan videoya görə Əhdi və dostu SAXLANILDI

Yayılan videoya görə Əhdi və dostu SAXLANILDI

Aktual

13 Sentyabr 2026, 14:50

Sosial şəbəkələrdə pornoqrafik xarakterli videomateriallar yaymaqda şübhəli bilinən Əhdiman Osmanov və tanışı Həsən Əliyev polis əməkdaşları tərəfindən saxlanılıblar.

Modern.az xəbər verir ki, faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.

Hər iki şəxs cinayət işi üzrə istintaqa cəlb olunub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Qeyd edək ki, Ə. Osmanov “TikTok”da “ehdiparfum” adı ilə tanınır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İlham Əliyev Türkiyəyə getməyəcək - Səbəblər açıqlandı