Modern.az

Hakan Fidan Suriyadadır - Mühüm məsələlər müzakirə ediləcək

Hakan Fidan Suriyadadır - Mühüm məsələlər müzakirə ediləcək

Dünya

Bu gün, 14:41

Türkiyənin xarici işlər naziri Hakan Fidan Suriyaya səfərə gedib.

Modern.az xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi açıqlama yayıb.

Məlumata görə, səfər çərçivəsində nazirlə suriyalı həmkarı Əsəd Həsən Şeybani arasında keçiriləcək görüşlərdə Suriyada davamlı sülh, sabitlik və rifahın təmin olunması, ikitərəfli əlaqələrin inkişafı, ticarət, enerji və nəqliyyat sahələrində əməkdaşlığın gücləndirilməsi müzakirə ediləcək.

Tərəflərin, həmçinin Suriyadakı inteqrasiya prosesi, Suriya Demokratik Qüvvələrinin (SDQ) özünü ləğv etməsi, ölkənin ərazi bütövlüyünün və dövlət qurumlarının gücləndirilməsi məsələlərini nəzərdən keçirməsi gözlənilir. Görüşlərdə Suriyanın cənubundakı vəziyyət, eləcə də ölkənin təhlükəsizliyi və sabitliyi istiqamətində atılacaq addımların da müzakirə olunacağı bildirilir.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin onlara RƏHM ETMƏYƏCƏK! - Kreml lideri qəti qərar verdi