Modern.az

Hacıqabul yenə sel suları altında qaldı

Hacıqabul yenə sel suları altında qaldı

8 Oktyabr 2009, 10:46

Oktyabr 7-dən 8-nə keçən axşam Hacıqabul rayonu ərazisinə yenidən güclü leysan yağışları yağıb. Rayon İcra Hakimiyyətinin məlumatına görə, yağışlardan sonra 1000-dən artıq evi su basıb. Hazırda rayonda vəziyyət nisbətən sabitləşib, Fövqəladə Hallar Nazirliyinin Hacıqabul və Şirvan dövlət yanğından mühafizə hissələrinin intensiv işi hesabına artıq su içərisində olan evlərin sayı 200-ə enib və bu istiqamətdə işlər davam etdirilir.
Leysan yağışları sentyabrın sonlarında da Hacıqabula ciddi ziyan vurmuş, yüzlələ evi su basmışdı.


Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir