Modern.az

Məktəblərin öz qaydaları və tələbləri var - Ramil İskəndərli

Məktəblərin öz qaydaları və tələbləri var - Ramil İskəndərli

Ölkə

Bu gün, 19:02

Biz dinimizə də, inanclarımıza da hörmətlə yanaşırıq.

Modern.az xəbər verir ki, bu sözləri Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin sədri Ramil İskəndərli məktəbli forması ilə bağlı videomüraciətində bildirib.

"Əziz, həmvətənlər. Azərbaycanın ən böyük sərvətlərindən biri dünyəvi dövlətçilik ənənələri, dini tolerantlığı və cəmiyyətimizdəki qarşılqlı hörmətdir. Biz dinimizə də, inanclarımıza da hörmətlə yanaşırıq. Lakin məktəblərin öz qaydaları və tələbləri var. Əhalisinin əksəriyyəti müsəlman olan bir sıra dünyəvi dövlətlərdə də məktəbli geyimi müəyyən qaydalarla tənzimlənir. Bu, dinə qarşı münasibət deyil, təhsil sisteminin təşkili ilə bağlı yanaşmadır.
Azərbaycan məktəblərində tətbiq olunan geyim qaydaları ölkəmizin daxili işidir. Heç bir xarici qüvvənin dini amillərdən istifadə edərək cəmiyyətimizdə süni qarşıdurma yaratmağa və dünyəvi dövlətçilik prinsiplərimizə müdaxilə etməyə mənəvi və hüquqi haqqı yoxdur.
Gəlin, sabah məktəblərimizə şagirdlərimiz vahid məktəbli formasında, müəllimlərimiz isə müəyyən olunmuş geyim qaydalarına uyğun şəkildə gəlsinlər. Bununla da dünyəvi təhsil prinsiplərinə, qanunlarımıza və qarşılıqlı hörmət dəyərlərinə sadiqliyimizi nümayiş etdirək.
Bu, bir çağırış videosudur. Mən də bu estafeti digər vətəndaş cəmiyyəti nümayəndələrinə ötürürəm!"

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Zelenski özündən çıxdı - Putinə görə Trampa ağır sözlər