Modern.az

Tramp okeanlardan birinə öz adını vermək istəyir

Tramp okeanlardan birinə öz adını vermək istəyir

Dünya

Bu gün, 12:52

ABŞ Prezidenti Donald Tramp Sakit və ya Atlantik okeanlarından birinin adını öz şərəfinə dəyişdirmək istədiyini bildirib.

Modern.az xarici KİV-ə istinadla bildirir ki, bu barədə o, Tennessi ştatında tərəfdarları qarşısında çıxışı zamanı deyib:

“Bizə bir okean lazımdır. Buna görə də Atlantik və ya Sakit okeanın adını dəyişdirməyi düşünürdüm. Onu “Tramp okeanı” və ya “Amerika okeanı” adlandıracağıq. Buna bənzər bir şey”.

Tramp bu ideyanı prezidentlik müddətinin sonuna qədər həyata keçirmək niyyətində olduğunu qeyd edib.

Amerika lideri həmçinin ABŞ-ın “böyük bir çaya” ehtiyacı olduğunu düşünür. Bununla belə, siyasətçi Missisipi çayının adını dəyişdirməyi planlaşdırmır, çünki mövcud ad onun xoşuna gəlir.

Qeyd edək ki, sentyabrın 26-da Donald Trampın Truth Social sosial şəbəkəsində Hörmüz boğazının “Tramp boğazı” adlandırıldığı xəritəni əks etdirən paylaşım yayımlanıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Zelenski özündən çıxdı - Putinə görə Trampa ağır sözlər