Modern.az

"Ən axmaq sözləri desəm də, alqışlayarsınız" - TRAMP

"Ən axmaq sözləri desəm də, alqışlayarsınız" - TRAMP

Dünya

Bu gün, 17:54

“Mən ən axmaq şeyləri belə deyə bilərəm, siz isə alqışlayarsınız”.

Modern.az xəbər verir ki, bu sözləri ABŞ prezidenti Donald Tramp dünən axşam Tennessi ştatının Klarksvill şəhərində tərəfdarları ilə keçirilən görüşdə deyib:

Tamaşaçılar bu sözlərə gülüş və alqışlarla cavab veriblər.

“Bu, doğrudur”, — deyə Tramp əlavə edib.

Yəqin ki, bu açıqlamanın sosial şəbəkələrdə necə qarşılanacağını nəzərə alan prezident dərhal sözlərinə aydınlıq gətirib:

“Amma biz ən axmaq şeyləri demirik, sağlam düşüncəyə əsaslanan fikirlər söyləyirik. Məntiqli olanları deyirik və bunlar, əsasən, mühafizəkar mövqelərdir. Amma əslində, bunlar sırf mühafizəkarlıqla bağlı deyil, sağlam düşüncəyə əsaslanan məsələlərdir”.

Trampın sözlərinə görə, həmin “sağlam düşüncəyə əsaslanan” məsələlərə sərhədlərin qorunması, aşağı vergilər və güclü orduya sahib olmaq arzusu daxildir.

“Biz sərhədlərimizin olmasını istəyirik, vergilərin aşağı olmasını istəyirik, güclü ordumuzun olmasını istəyirik. Bilirsiniz, bütün bu müxtəlif məsələlər var. Bnlar sadəcə sağlam düşüncəyə əsaslanan məsələlərdir”, — deyə ABŞ prezidenti bildirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Zelenski özündən çıxdı - Putinə görə Trampa ağır sözlər