Modern.az

İsrail səmasında sirli obyekt: heç bir izi tapılmır

İsrail səmasında sirli obyekt: heç bir izi tapılmır

Dünya

Bu gün, 17:41

Naməlum obyekt İsrailin şimal sərhədlərində hava məkanına daxil olub.

Modern.az yerli mediaya istinadla bildirir ki, aşkarlama sistemləri şübhəli uçuş aparatının hərəkətini müəyyən ediblər.

İsrailin şimal sərhədləri boyunca hərəkət edən və hava hücumu xəbərdarlığı sirenlərinin təcili işə salınmasına səbəb olan naməlum obyektin görüntüləri ötən gün yayılıb. Hadisə ilə bağlı araşdırmalar hələ də davam edir.

İsrail Müdafiə Qüvvələrinin (ÇAXAL) Şimal Komandanlığının bölmələrinin iştirakı ilə saatlarla davam edən genişmiqyaslı axtarış tədbirləri indiyədək heç bir nəticə verməyib. Ərazidə naməlum obyektə aid hər hansı maddi sübut və ya qalıq aşkar edilməyib.

Aparatın ümumiyyətlə tapılmaması ehtimalı da istisna edilmir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Zelenski özündən çıxdı - Putinə görə Trampa ağır sözlər