Modern.az

Kinematoqrafçılar İttifaqı da telekanallardakı şou verilişləri pisləyir

Kinematoqrafçılar İttifaqı da telekanallardakı şou verilişləri pisləyir

8 Oktyabr 2009, 19:09

Azərbaycan Kinematoqrafçılar İttifaqı Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin yerli televiziyalarda şou proqramların çoxluğuna narazılıq ifadə edən məqaləsini müzakirə edib. Bu haqda Azadlıq Radiosuna İttifaqın katibi, xalq artisti Rasim Balayev məlumat verib: «Biz bu məqaləni yüksək qiymətləndiririk. Televiziyalar lap ağını çıxartmışdılar, yaxşı ki, hökumət buna reaksiya verdi».
Rasim Balayev deyib ki, kino mütəxəssisləri bir neçə təkliflə də çıxış ediblər. Bu, sifarişli filmlərin, o cümlədən, Azərbaycanın milli seriallarının çəkilməsi üçün şəraitin yaradılması, vahid dublyaj mərkəzinin təsis edilməsidir.
Ramiz Mehtiyevin «Azərbaycanın efir məkanı: problemlər, vəzifələr» adlı məqaləsi «Azərbaycan» qəzetində dərc olunub, indiyə kimi müxtəlif hökumət strukturlarında müzakirə olunub. 

Twitter
Sizə yeni tvit var
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...