Modern.az

Hansı bankın kartı ilə restorana getmək daha sərfəlidir? 

Hansı bankın kartı ilə restorana getmək daha sərfəlidir? 

İqtisadiyyat

Bu gün, 14:06

Restoranlarda nağdsız ödəniş etmək müştərilərə əlavə üstünlüklər qazandırır. Belə ki, bəzi bank kartları vasitəsilə edilən ödənişlər zamanı xərclənən məbləğin müəyyən hissəsi «kəşbək» olaraq geri qaytarılır. Bunun üçün «kəşbək» kampaniyası təqdim edən bank kartlarından istifadə etmək kifayətdir.

Modern.az FED.az-a istinadən xəbər verir ki, kafe və restoranlarda ən yüksək kəşbək faizi «Azər‐Türk Bank»dadır. Bu bankda müxtəlif restoranlarda 10%-ə qədər kəşbək qazanmaq mümkündür və maksimum qazanc 200 manat təşkil edir.

«ABB»nin seçilmiş kateqoriyalarında və seçilmiş restoranlarda 5%-ə qədər «kəşbək» qazanmaq mümkündür.  

«Rabitəbank»da «Kartmane Junior» kartları ilə aylıq 20 manata qədər 5%-lə «kəşbək» qazanmaq mümkündür.

«Ucard» kartında isə mərhələli sistem (Classic, Pro, Premium) tətbiq olunur və müştəri xərclərini artırdıqca daha çox qazanmaq imkanı əldə edir. Bu kart vasitəsilə bəzi seçilmiş restoranlarda 5%-dək cashback qazanmaq olur. 

Avqust ayında kafe və restoranlarda «kəşbək» qazandıran bankların siyahısı daha detallı aşağıdakı cədvəldə:

№

Bank

Kartın adı

Kafe və restoranlarda qazanılan kəşbək faizi

Aylıq maksimum kəşbək limiti

 

 

1

Azərbaycan Beynəlxalq Bankı ABB

Bütün kartlarda "Faydalı" kəşbək kataqoriyasına uyğun

 

 

Partnyor Kateqoriyası

Cafe Botanist - 5%

30 manat

 

 
   

Xurcun Coffeeshop - 3%

   

Zəfər Kateqoriyası

Kafe/Restoran - 2%

   

Romantik Kateqoriyası

1%

   
   
   

Kapitalist Kateqoriyası

1%

   
   
   

 

   

2

AccesBank

MyCard White

3%

100 manat

   

MyCard Black

   

MyCard Junior

   

 

   

3

AFB Bank

Mono Premium

1,50%

30 manat

   
   
   

Mono Sadə

1%

20 manat

   
   
   

 

   

4

Azər‐Türk Bank

ATB  Card

Restorandan asılı olaraq 3-10%

200 manat

   
   
   

 

   

5

Bank of Baku

Bolkart Debet

1,50%

10 manat

   
   

Bolkart Kredit

3%

   

 

   

6

Bank Respublika

Neo Standart

3,5% (limitdən sonra 0,5%)

15 manat

   

Neo Premium

25 manat

   

 

   

7

Yelo Bank

Yelo Card

"Xoş gəldin" Paketi 1,5%

15 manat

   

"Standart" Paket 2%

30 manat

   

"Parlaq" Paket 3%

50 manat

   

 

   

8

Rabitəbank

Kartmane Kredit

2%

20 manat

   

Kartmane Debet/Gamer

1%

   

Kartmane Junior

5%

   

Kartmane Premium

3%

   
   

 

   

9

Unibank*

UCard

Classic mərhələ:

20 AZN

   

Hill - 3%

   

Restoranlar - 2%

   

Pro mərhələ:

   

Hill - 5%Restoranlar - 3%

   

 

   

 

   

Premium mərhələ:

   

Hill - 5%

   

Restoranlar - 4%

   

 

   

 

   

10

XalqBank

XalqKart Cashback

2%

30 manat

   

Qeyd edək ki, «Kapital Bank»da kateqoriya seçimindən asılı olaraq faizlər hə ay dəyişir. Kəşbəklər bonus kimi geri qayıdır.

*Ay ərzində 300 AZN nağdsız dövriyyəni tamamlamaqla və bankda 500 AZN həcmində depozit (Topla istisnadır) yerləşdirməklə növbəti ay Pro mərhələsinə keçmək olar. UBank-da "Pro" mərhələsinə klik etməklə həm hədəfi izləmək, həm də hədiyyələrə baxmaq olar.

Ay ərzində 800 AZN nağdsız dövriyyəni tamamlamaqla və bankda 3000 AZN həcmində depozit (Topla istisnadır) yerləşdirməklə növbəti ay Premium mərhələsinə keçmək olar. UBank-da "Premium" mərhələsinə klik etməklə həm hədəfi izləmək, həm də hədiyyələrə baxmaq olar. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyan Putini dəli etdi: Türkiyəni seçdi, Kremlə "yox" dedi