1 İyul 2020, 12:25 | Ana Səhifə - Yazılar - Yaltaqlıq MARAFONU
Yaltaqlıq MARAFONU

Firuz Mustafa

Bir biososial varlıq olmaq baxımından insan və onun əməlləri ən müxtəlif bucaqlar altında, ən müxtəlif müstəvilərdə yetərincə təhlil və tədqiqə cəlb edilib. Amma bu sahədə son söz deyilməyib və yəqin ki, deyilməyəcək də. Axı bir qarışqanın mükəmməl “xarakteristikası”nı vermək mümkün deyilsə, “dünyanın əşrəfi” olan insanın bütün fəaliyyət dairəsi hansı adekvat prinsip və qaydalarla, qanun və kanonlarla təsbit edilə bilər. Bütün bunlar öz yerində. Biz də öz yazımızda insan həyatının labirint və paradoksları ilə bağlı gizlinləri” kəşf etmək niyyətində deyilik. Və ümumiyyətlə, belə bir arzuya düşməyin özü anormal və anomalik hadisə kimi qiymətləndirilməlidir. Bəs nədir bizi narahat edən?

İndiki halda mən içində yaşadığımız cəmiyyətdə baş alıb gedən, insanların əxlaqını pozan: böyük mənəvi bəlalarla sonunclanan “fenomen” – yaltaqlıq barədə danışmaq istəyirəm; həm də ümumi, mücərrəd “elmi” postularla yox, adi şüurun imkanları səviyyəsində.

Oxucu yaltaqlıq barədə Krılovun təmsillərindən tutmuş ta Mirzə Cəlilin felyetonlarına qədər, Aristotelin traktatlarından tutmuş ta Səməd Vurğunun mənzumələrinədək çoxlu ibrətamiz mətləblərlə yaxından tanışdır. Bütün bunlar məlum. Amma maraqlı burasıdır ki, zaman kecdikcə ifşa və tənqid hədəfinə çevrilən yaltaqlıq yeni keyfiyyətlər əldə edir, meydana təzə libasda çıxır.

Bu gün məmləkətimizin düçar olduğu bəlalar çoxdur; o qədər çoxdur ki, onları bir-bir sadalamaq xeyli vaxt aparırdı. Həmin bəlalardan biri, bəlkə də ən qorxulusu yaltaqlıqdır. İndi Azərbaycan özünün total yaltaqlıq mərhələsini yaşamaqdadır. Fərqi yoxdur: istər bir tikə çörək, istərsə də bir yağlı vəzifə üçün aşağıdan yuxarı, habelə üfiqi və şaquli xətlər üzrə məmləkətin az qala üzdə olan (və olmayan) əksər sakinləri yaltaqlıq marafonuna çıxmışlar. Qəzet səhifələrindən, efir dalğalarından, ekran güzgülərindən boylanan məddahların köpüklənən, tüpürcəkli ağızlarından löyün-löyün, növbənöv yaltaqlıq “delikatestləri” tökülməkdədir.

İlahi, görəsən nə olub? Bizim əsrlər boyu məğrur, qorxmaz, igid, qəhrəman... kimi təşbehlərlə öyülən, vəsf olunan millətimizə və onun ayrı-ayrı fərdlərinə? Biz yəni bu qədər cılız, bu qədər sısqa, bu qədər ... mənasız olmuşuq?

Məlum məsələdir ki, yaltaqlıq – sədaqət deyil.

... Məlum və sınanmış həqiqətdir. Tarix təkrar olunanda birinci dəfə dramatik təsir bağışlayan hadisə ikinci dəfə məzhəkəni xatırladır. Çox təəssüf ki, biz həm faciənin, həm də məzhəkənin şahidi olmuşuq... Yaltaqlığın mənbəyində sədaqət, etibar yox, rəzalət, qorxaqlıq dayanır.

Ümimiyyətlə, bu gün yaralarından qan sızan Vətənin qoynunda keçirilən allı-güllü bayramlara, sazlı-sözlü yubileylərə tamaşa edənlərin çoxunun yadına yəqin ki, vaxtilə nağıl kitablarında oxuduqları bir əhvalat düşür: qəbiristanlıqda yatan kişi (yad müsafir) gecə zurna-balaban səsinə gözünü açır...

Baxıb görür ki, əcaib-qəraib canlılar (cin, şeytan, əcinə və s.) əl-ələ verib yallı gedir, mahnı oxuyur. Kişi bu qəribə məxluqlardan birini tutub qulağına iynə sancır və əcinnələr... dağılır. Məmləkətimiz bu gün toy-büsatlı məzarıstana bənzəyir. Bu qəbirstanlıqda – meyitlərin və məzarların üstündə bir qrup məxluq yallı gedir...

... Və mən təəssüf edirəm ki, “yaltaq” və “yallı” sözlərinin kökü eyni leksemdən ibarətdir.

“Yallanmaq”, “yalmanmaq”, “yallama”, “yalaq” sözləri də “yal” ismindən tərtib. Hər halda, “yal” sözü yaltağa daha çox yaraşır.

Razılaşırsızmı?

 

MÜƏLLİFİN DİGƏR YAZILARI
FHN Marmarisdə yanğının genişlənməsinin qarşısını aldı - VİDEO 1 Avqust 2021, 17:43 “Azərbaycan Türkiyəyə hər cür yardıma hazırdır” - Ceyhun Bayramov 1 Avqust 2021, 17:24 Milli Məclisin yenidən buraxılacağı iddiasına CAVAB   1 Avqust 2021, 17:07 “Yalanın həqiqət kimi təqdim olunması təəssüf doğurur” - Cavanşir Feyziyev      1 Avqust 2021, 17:03 Şevçenko millidən ayrıldı  1 Avqust 2021, 16:58 Peyvənd olunanların sayı açıqlandı 1 Avqust 2021, 16:49 Azərbaycanda daha 4 nəfər koronavirusdan öldü 1 Avqust 2021, 16:42 Xüsusi əməliyyat: Terrorçular məhv edildi 1 Avqust 2021, 16:36 8 toyda karantin qaydaları pozuldu 1 Avqust 2021, 16:33 “Jirinovski siyasi arenanı çayxana ilə səhv salıb” 1 Avqust 2021, 16:24 Ombudsman Türkiyəyə 100 fidan hədiyyə etdi 1 Avqust 2021, 16:08 Kəmər bölgəsində də meşə yanğınları başlayıb 1 Avqust 2021, 16:00 Şəhid zabitin anım günü qeyd edildi - FOTOLAR 1 Avqust 2021, 15:54 Türkiyə Yunanıstana nota verib   1 Avqust 2021, 15:45 Səfirlikdən Türkiyədəki azərbaycanlılara müraciət 1 Avqust 2021, 15:28 Muğlada yaşayış məntəqələrini alov bürüdü 1 Avqust 2021, 15:22 Ermənilər Xankəndini niyə TƏRK EDİR?    1 Avqust 2021, 15:03 İranda daha 366 nəfər koronavirusdan ölüb   1 Avqust 2021, 14:46 Egey dənizində zəlzələ şoku: 131 təkan qeydə alındı   1 Avqust 2021, 14:40 Azərbaycan “Tokio-2020”də ikinci medalını qazandı 1 Avqust 2021, 14:29 Azər Kərimli: “Jirinovski  saxtakar və siyasi kloundur” 1 Avqust 2021, 14:25 Azərbaycan Rusiyaya nota verdi 1 Avqust 2021, 14:14  “Jirinovski belə siyasətçilərin ön sırasındadır” - Ramin Məmmədov 1 Avqust 2021, 14:00 Goranboyda 11 yaşlı uşaq oda düşdü 1 Avqust 2021, 14:00 Bodrumda yanğın yaşayış yerlərinə keçir 1 Avqust 2021, 13:49 FHN-nin növbəti qrupu Gürcüstandan Türkiyəyə gedir - VİDEO 1 Avqust 2021, 13:40 Ağstafada bədbəxt hadisə: Ustanı işlədiyi evdə "tok" vurdu 1 Avqust 2021, 13:34 Türkiyənin daha 3 bölgəsində yanğınlar nəzarətə alınıb 1 Avqust 2021, 13:25 Əfqanıstanda hava limanına üç raket atıldı 1 Avqust 2021, 13:18 Muğla daha bir zəlzələ ilə silkələndi 1 Avqust 2021, 13:09 Myanmada müvəqqəti hökumət quruldu 1 Avqust 2021, 13:05 İtaliyalı jurnalist Gəncədə gördüklərindən dəhşətə gəldi 1 Avqust 2021, 12:59 Türkiyədə 107 yanğın nəzarətə alındı - FOTO 1 Avqust 2021, 12:55 Rusiyda virusdan ölənlərin yeni sayı 1 Avqust 2021, 12:51 Zəngəzur dəhlizi: Rusiya və Fransadan fərqli mövqe 1 Avqust 2021, 12:40