Modern.az

Spiker BMT-də Şərqi Avropa ölkələrinin nümayəndələri ilə görüşüb

Spiker BMT-də Şərqi Avropa ölkələrinin nümayəndələri ilə görüşüb

Parlament

Bu gün, 10:38

Milli Məclisin sədri Sahibə Qafarova ABŞ-yə işgüzar səfəri çərçivəsində Birləşmiş Millətlər Təşkilatındakı Şərqi Avropa Qrupu ölkələrinin daimi nümayəndələri ilə görüşüb.

Modern.az xəbər verir ki, görüş sentyabrın 8-də Nyu-York şəhərində keçirilib.

Sahibə Qafarova çıxışında beynəlxalq parlament diplomatiyasının əhəmiyyətindən, parlamentlərarası əməkdaşlığın genişləndirilməsindən və beynəlxalq parlament təşkilatlarının fəaliyyətindən danışıb.

Spiker bildirib ki, belə platformalarda səmərəli fəaliyyət üçün bütün tərəflərin mövqeləri dinlənilməli, ədalətli və şəffaf prosedurlara riayət olunmalı, ümumi maraq doğuran məsələlər üzrə ortaq fəaliyyət istiqamətləri müəyyənləşdirilməlidir.

Milli Məclisin sədri Azərbaycanın beynəlxalq əməkdaşlığın və parlament diplomatiyasının inkişafına verdiyi töhfələrə də toxunub. O, Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin mühüm beynəlxalq platformaya çevrildiyini vurğulayıb.

Sahibə Qafarova, həmçinin BMT-nin beynəlxalq parlament təşkilatları ilə əməkdaşlığının qlobal çağırışların həllinə və qəbul olunan qərarların milli səviyyədə icrasına töhfə verə biləcəyini qeyd edib.

Görüşdə qlobal öhdəliklərin milli fəaliyyətə çevrilməsi, davamlı inkişaf, iqlim gündəliyi, qlobal təhlükəsizlik, demoqrafik dəyişikliklər və miqrasiya məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

 

 

1546602

1546599

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ruslardan 5 ölkəyə "HÜCUM": Siyahıda Azərbaycan da var