Modern.az

Cəbrayılda kəndlərarası avtobus marşrutu açıldı - FOTO

Cəbrayılda kəndlərarası avtobus marşrutu açıldı - FOTO

Qarabağ

Bu gün, 09:02

İşğaldan azad edilmiş Cəbrayıl rayonunda sakinlərin məskunlaşdığı üç yaşayış məntəqəsi arasında avtobus marşrutu açılıb.

Modern.az xəbər verir ki, Horovlu kəndi - Cəbrayıl şəhəri - Şükürbəyli kəndi arasında avtobus ötən həfətəsonundan istifadəyə verilib. Gediş haqqı 60 qəpik olacaq.

Verilən məlumata görə, tezliklə Horadiz - Cəbrayıl arasında da müntəzəm avtobus reyslərinə başlanılacaq.

Xatırladaq ki, indiyədək Cəbrayıl rayonunda üç yaşayış məntəqəsində məskunlaşma həyata keçirilib: Cəbrayıl şəhəri, Horovlu və Şükürbəyli kəndləri.

Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin aşçılışı 2024-cü il oktyabrın 4-də olub.

Horovlu kəndinin açılışı 2025-ci il oktyabrın 28-də baş tutub.

Şükürbəyli kəndinin açılışı isə 2026-cı il mayın 9-da gerçəkləşib.

Hər üç yaşayış məntəqəsinin açılış mərasimində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak edib.

Bu ilin sonlarında daha bir yaşayış məntəqəsinin - Soltanlı kəndinin də açılışı gözlənilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sabiq deputatla bloqer arasında dava - Canlıda ittihamlara cavab