Modern.az

Bu il birinci sinfə gedəcək uşaqların sayı açıqlandı

Bu il birinci sinfə gedəcək uşaqların sayı açıqlandı

Təhsil

Bu gün, 13:16

2026-2027-ci tədris ili üzrə uşaqların I sinfə elektron qəbulu prosesi başa çatıb.

Modern.az xəbər verir ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, mayın 6-dan həyata keçirilən elektron qəbul prosesi sentyabrın 3-də yekunlaşıb.

Qəbul prosesi çərçivəsində 124 mindən çox uşağın I sinfə qəbulu tamamlanıb.

Qeyd edək ki, I sinfə elektron qəbul prosesi müvafiq elektron sistem vasitəsilə həyata keçirilib və valideynlərə övladlarının ümumi təhsil müəssisələrinə qəbulunu elektron formada həyata keçirmək imkanı yaradılıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İrandan Ermənistana ŞOK HƏDƏ: Bombalayacağıq!