Modern.az

Azərbaycan millisi səfərdə Lixtenşteynə qalib gəldi

Azərbaycan millisi səfərdə Lixtenşteynə qalib gəldi

11 Oktyabr 2009, 01:05
Oktyabrın 10-dan 11-nə keçən gecə futbol üzrə Azərbaycan milli komandası Dünya Çempionatının seçmə mərhələsi çərçivəsində səfərdə Lixtenşteynlə qarşılaşıb və qələbə qazanıb.
Komandamız nəhayət bu seçmə mərhələdə ilk qələbə sevincini yaşayıb. Oyunun 55-ci dəqiqəsində Vaqif Cavadov, 88-ci dəqiqəsində isə Elvin Məmmədov qonaqları mərkəzə dəvət edib. Beləliklə Lixtenşteyn - Azərbaycan oyunu 0-2 hesabı ilə sonuclanıb.
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır