12 Noyabr 2020, 10:12 | Ana Səhifə - Yazılar - Turan qapısı... Bir savaşda iki Zəfər
Turan qapısı... Bir savaşda iki Zəfər

Qəzənfər Həmidoğlu

44 günlük Vətən müharibəsi Azərbaycanın ikiqat Zəfəri ilə başa çatdı. Azərbaycanla Rusiya prezidentləri və Ermənistan baş nazirinin noyabrın 10-da Qarabağla bağlı imzaladığı bəyanat - İrəvanın hərbi kapitulyasiyası yalnız Azərbaycan üçün deyil, bütün Türk dünyası üçün tarixi qələbədir.


Birinci Zəfər. 

Ali Baş Komandan və Azərbaycan Əsgəri İkinci Qarabağ müharibəsində parlaq qələbə qazandı. 30 illik dərdimizə 44 gündə tarixi çarə tapıldı və milli taleyimizdə misilsiz dönüşə imza atıldı.


Düzdür, Rusiya sülhməramlılarının bölgədə yerləşdirilməsi "rus qoşunlarının qayıdışı" və ya "Qələbənin yarımçıqlığı" kimi də qiymətləndirilir. Amma gerçəkçi olaq, yersiz maksimalizmdən qaçaq və şəkk-şübhə ilə içimizi didməyək. Hər halda, bəyanatın alt sənədlərindən, Rusiya kontingentinin mandatından və anlaşmanın pərdəarxasından xəbərsizik. Siyasət mümkünlük sənətidir. Şübhə yoxdur ki, Azərbaycan hakimiyyəti mümkün olanı maksimum alıb.


Rusiyanı 200 ildir yaxşı tanıyırıq. Siyasi dinozavr nümunəsidir, geosiyasi maraqlarının dalınca Donbasdan girib İdlibdən necə çıxdığından xəbərdarıq.


Hazırda Moskvanın dərdi bilavasitə Azərbaycan və ya ölkəmizdə hərbi-siyasi iştirakını artırmaq deyildi. Amma ya zəlzələdən, ya vəlvələdən...


Putinin əsas başağrısı daha qlobaldır - Qərbin Rusiyanı problemlər məngənəsinə (Belarus, Ukrayna, Gürcüstan və Ermənistan) salaraq sıxışdırmasıdır. Trampdan fərqli olaraq Baydenin Ağ evdə oturduqdan sonra Putinə ciddi əngəllər yaradacağı gözlənilir. Odur ki, Kreml ətrafındakı postsovet məkanında üzləşəcəyi geosiyasi riskləri necə neytrallaşdıracağı üzərində baş sındırır.


Kremlin sahibinin bu fonda məqsədi sadəcə Paşinyanı cəzalandırmaq deyil, 30 il yedirib-içirdiyi və sonda ona arxa çevirən, ABŞ-ın nəhəng səfirliyinin yerləşdiyi Ermənistanı öz qucağına qaytarmaqdır. Putinin 44 gündən sonra araya girməsi Ermənistanı tam itirəcəyindən çəkinməsi ilə bağlıdır. Noyabrın 10-da imzalanmış anlaşma Putinə ermənilərin "xilaskar"ı statusunu saxlamağa imkan verir. Düzdür, bir çox erməni 44 günün sarsıntısını və Putinin bu müddətdəki seyirçiliyini yaddaşının bir tərəfinə yazıb. Amma hər halda, Rusiya son anda İrəvanı ipdən aldı.


Paşinyanın hakimiyyətdə qalacağı, istefa verəcəyi və ya devriləcəyi artıq Putin üçün maraqlı deyil.


Təbii ki, Rusiya bir güllə ilə iki quş vurmaq - hərbçilərinin Azərbaycanda "lövbər" atmaq fürsətini də qaçırmaq istəməzdi. Amma meydanda qardaş Türkiyə də var. Yapışdığını buraxmayan Rusiyadan qurtulmaq nə qədər çətin olsa da, Azərbaycan xarici hərbi baza çıxarmaqda təcrübəsiz deyil.


Azərbaycanın böyük zəfərinin daha bir nəticəsi erməni cəmiyyətini dərin deqradasiyaya uğraması və Ermənistanın hərbi-siyasi rəhbərliyinin çıxılmaz vəziyyətə düşməsi oldu. Yəni, İrəvanın gözü Qarabağda qala bilər, amma indilik halı oralıq deyil.


Dekabrın 1-dən - 7-ci rayonumuzda işğalçı qovulduqdan sonra ilk növbədə separatçı rejimin Xankəndidə rus silahı kölcəsində dirçəlişinə imkan verməməliyik. Azərbaycanın hərbi-siyasi rəhbərliyi bu situasiyaya hazırlıqsız deyil. Ruslar çox gümana düşə bilərlər, nəhayətdə işi biz yerbəyer edəcəyik.


Və Xankəndiyə də, Xocalıya da, Ağdərəyə də bayrağımızı sancacağıq.


İkinci Zəfər. 

Anlaşmanın 9-cu bəndində vurğulanır ki, Ermənistan Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir:


"Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları həyata keçirir.


Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcəkdir".


Bu, Zəngəzur dəhlizidir. 100 ildir çoxumuzun ideya fiks saydığı, 1999-cu ildə Pol Qobl planı ilə (Meqri dəhlizi) gündəmə gələn bu dəhliz Azərbaycanı yalnız Naxçıvanla birləşdirmir, Türkiyəyə də birbaşa yolumuz açılır. Bu dəhliz Türkiyəni Xəzərin o tayına çıxarmaqla Türk dünyasını birləşdirir, Azərbaycandan keçən Böyük İpək Yolunu cəlbedici edir.


Böyük İpək Yolunun şimal marşrutunda maraqlı olan Rusiyanı, eləcə də türklərin birləşməsini pis yuxu sayan Ermənistanla İranı burada sevindirəcək heç nə yoxdur.


Amma Azərbaycan liderinin 9-cu bəndi anlaşmaya salması şübhəsiz ki, tarixi Zəfərdir.


Bu dəhlizin reallaşacağına şübhələr də var. Amma hər şey ilk qərar və addımdan başlayır.


Türkiyə mənbələrinə əsasən, Atatürk Naxçıvana "Türk qapısı", Kazım Karabekir Paşa isə "Şərq qapısı" deyirmiş.


Mustafa Kamal Paşa 1921-ci ildə Qars müqaviləsi imzalamağa gedən heyətdə yer alan Yusuf Kamala belə demişdi: "Nahçıvan Türk Kapısıdır. Bu hususu nazar-ı itibara alarak elinizden geleni yapınız".


Bəzi iddialarda Türkiyənin Naxçıvanla qonşuluğu üçün Atatürkün öz pulu ilə Əhməd Şah Qacardan İran torpağı satın aldığı bildirilir.


Hazırda Türkiyənin müxtəlif dairələri, atatürkçülər Naxçıvanı daha çox "Turan qapısı" adlandırırlar.


Yeri gəlmişkən, Prezident İlham Əliyev düşməndən təzminat tələb ediləcəyini bəyan edib:"Düşmən hərbi cinayət törədib və artıq göstəriş verilib ki, dəymiş ziyanın hesablanması, onun uçotu təmin edilsin. Artıq qruplar səfərbər edilib, beynəlxalq ekspertlər dəvət ediləcək. Beynəlxalq ekspertlərin iştirakı ilə bütün dağıntıların maddi və mənəvi ziyanı hesablanacaq və biz - həm insanlar fərdi qaydada, eyni zamanda, mütəşəkkil qaydada düşməni beynəlxalq məhkəmələrə verəcəyik, onlar təzminat ödəyəcəklər, öz çirkin əməllərinə cavab verəcəklər və cavab verirlər".


Aydındır ki, Ermənistanın milyardlarla məbləğdəki təzminatı ödəyəcək pulu yoxdur. Əvəzində torpaq tələb edə bilərik. Məsələn, "Turan qapısı"na aparan dəhliz üçün...

MÜƏLLİFİN DİGƏR YAZILARI
8 yaşlı uşaq koronavirusdan sonra iflic qaldı 19 Sentyabr 2021, 18:15 İlk kosmos turistləri Yerə qayıtdı - VİDEO 19 Sentyabr 2021, 18:02 İran ayətullahı Azərbaycanı hədələyib 19 Sentyabr 2021, 17:53 Çempionlar liqası: "Araz Naxçıvan"ın oyunlarının vaxtı açıqlandı 19 Sentyabr 2021, 17:48 Türkiyə millisinin yeni baş məşqçisi açıqlandı 19 Sentyabr 2021, 17:46 Məşhur futbolçu öldü 19 Sentyabr 2021, 17:39 Lənkəranda piyadalara yol verməyən sürücülər cərimələndi 19 Sentyabr 2021, 17:24 Yaponiya silkələndi 19 Sentyabr 2021, 17:02 Ötən gün peyvənd olunanların sayı - STATİSTİKA 19 Sentyabr 2021, 16:50 Azərbaycanda yoluxanların sayı açıqlandı 19 Sentyabr 2021, 16:38 Somalidə hava limanı partladıldı 19 Sentyabr 2021, 16:25 Şəhid övladı Şuşada ad gününü qeyd etdi 19 Sentyabr 2021, 16:11 ABŞ-da qızılın qiyməti rekord vurdu 19 Sentyabr 2021, 16:01 İrandan Zəngəzurda həbs olunan sürücülərlə bağlı AÇIQLAMA 19 Sentyabr 2021, 15:49 Türk ordusu daha 10 terrorçunu məhv etdi 19 Sentyabr 2021, 15:39 Baydendən Makrona söhbət təklifi 19 Sentyabr 2021, 15:26 Rusiyada parlament seçkilərinin seçici statistikası 19 Sentyabr 2021, 15:15 Dövlət qulluğuna qəbul üçün test imtahanı başa çatdı 19 Sentyabr 2021, 15:07 Tennisçimiz beynəlxalq turnirin qalibi oldu 19 Sentyabr 2021, 14:51 Ərdoğan Zəngəzur dəhlizindən danışdı: "...Çətinlik aradan qalxacaq" 19 Sentyabr 2021, 14:38 Ərdoğan Paşinyanın görüş istəyinə belə CAVAB VERDİ 19 Sentyabr 2021, 14:24 Misirdə fironlara aid ayin alətləri tapıldı 19 Sentyabr 2021, 14:21 Deputatdan işğaldan azad olunmuş ərazilərdə abidə TƏKLİFİ 19 Sentyabr 2021, 13:59 Çempionlar Liqasında yer almayan ən bahalı futbolçular - SİYAHI 19 Sentyabr 2021, 13:45 ABŞ-ın baş infeksionisti pandemiyanın bitəcəyi tarixdən danışdı 19 Sentyabr 2021, 13:34 Berlində Almaniya azərbaycanlıları ilə görüş olub 19 Sentyabr 2021, 13:25 Qanunsuz sərnişin daşıyanlar cərimələndi - FOTOLAR 19 Sentyabr 2021, 13:25 Samux sakini yıxılaraq öldü 19 Sentyabr 2021, 13:15 Gorus-Qafan yolunda iki erməni İTİB 19 Sentyabr 2021, 13:12 Deputat şəhid ailələrini ziyarət etdi - FOTOLAR 19 Sentyabr 2021, 13:05 “Mossad” iranlı nüvə alimini robot-pulemyotla güllələyib 19 Sentyabr 2021, 12:59 Koronavirusa yoluxan cərrah reanimasiyaya yerləşdirildi 19 Sentyabr 2021, 12:51 Hindistanda koronavirusdan ölüm sayı yarım milyona çatdı 19 Sentyabr 2021, 12:49 Qaradağda gənc oğlan bıçaqlandı 19 Sentyabr 2021, 12:37 Paşinyanı ələ saldılar: “Ermənistanın selfi çempionu”... 19 Sentyabr 2021, 12:35
SORĞU Hansı vaksinə etibar edirsiniz?