Modern.az

Şükürbəyliyə qayıdan 25 ailənin sevinc dolu anları - GÖRÜNTÜ

Şükürbəyliyə qayıdan 25 ailənin sevinc dolu anları - GÖRÜNTÜ

Qarabağ

Bu gün, 09:00

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış prosesi davam edir.

Modern.az xəbər verir ki, Cəbrayıl rayonunun Şükürbəyli kəndinə növbəti köç həyata keçirilib.

Bu mərhələdə kəndə respublikanın müxtəlif ərazilərində, əsasən yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşan 25 ailə – 154 nəfər köçürülüb.

Doğma yurda qayıdan sakinlər göstərilən dövlət qayğısına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürlərini bildiriblər.

Sakinlər torpaqlarımızın işğaldan azad olunması uğrunda döyüşən Azərbaycan Ordusunun hərbçilərinə, qəhrəman əsgər və zabitlərə minnətdarlıqlarını ifadə edib, Vətən uğrunda canından keçən şəhidlərimizin ruhuna rəhmət diləyiblər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İrandan Ermənistana ŞOK HƏDƏ: Bombalayacağıq!