Modern.az

Yamal Arda Gülerin rekordunu qırdı

Yamal Arda Gülerin rekordunu qırdı

İdman

10 Sentyabr 2026, 21:33

“Barselona”nın vingeri Lamin Yamal UEFA Çempionlar Liqasının əsas mərhələsinin ilk turunda “Feyenoord”la oyunda möhtəşəm cərimə zərbəsi ilə qolu vurub.

Modern.az xəbər verir ki, ispaniyalı futbolçu Rotterdam təmsilçisinin qapısına ikinci hissənin sonlarında yol tapıb.

“Opta”nın məlumatına görə, 19 yaşlı Yamal bununla yeni rekorda imza atıb. O, La Liqa klubları arasında Çempionlar Liqasında birbaşa cərimə zərbəsindən qol vuran ən gənc futbolçu olub. Bununla da “Real”ın yarımmüdafiəçisi Arda Gülərin əvvəlki rekordunu geridə qoyub.

Qeyd edək ki, Hansi Flikin komandası “Feyenoord”u 5:1 hesabı ilə məğlub edib

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Zelenski özündən çıxdı - Putinə görə Trampa ağır sözlər