Modern.az

Ölkə başçısı bir neçə rayona yeni icra başçısı təyin edib

Ölkə başçısı bir neçə rayona yeni icra başçısı təyin edib

31 Avqust 2009, 23:13

Prezident İlham Əliyevin imzaladığı sərəncamlarla bir neçə rayonun icra başçısı dəyişdirilib.

Ölkə başçısı Mübariz Cuma oğlu Əhmədzadəni Qax rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edib. Onun yerinə Telman Nəsirulla oğlu Quliyev təyin edilib.
Uzun müddət Ağdam rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsini tutan Həsən Qaçay oğlu Sarıyev də postunu itirib. Onu bu vəzifədə Nizami Yəhya oğlu Sadıqov əvəz edib.

Prezidentin digər sərəncamı ilə Mübariz Cuma oğlu Əhmədzadə Zaqatala rayonu İcra Hakimiyyətinin başçısı təyin edilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir