Belarus Prezidentinin kiçik oğlu Nikolay Lukaşenko orduda xidmət edir.
Modern.az xəbər verir ki, bu barədə dövlət başçısı Aleksandr Lukaşenko jurnalistlərə açıqlama verib,
“Kiçik oğlum artıq orduda xidmət edir. Heç kimin bundan xəbəri də yox idi. Viktor (müdafiə naziri Viktor Xrenin - red.) çağırıb. Qaydalara uyğun olaraq, hamı kimi orduda xidmət edir. Leytenantdır. Harada olduğunu deməyəcəm, lakin ən çətin bölmədədir”, - deyə dövlət başçısı bildirib.
Aleksandr Lukaşenko qeyd edib ki, Nikolay eyni zamanda boş vaxtlarında ali məktəbdə aldığı təhsilin əsas ixtisası olan biotexnologiyaların dərindən öyrənilməsinə diqqət ayırır.