24 Avqust 2016, 10:57 | Ana Səhifə - Yazılar - Tramvay parka gedir
Tramvay parka gedir

« Mənim mənsub olduğum nəslin bir çox şairi Qabilin «Tramvay parka gedir » şeirindən çıxıb. Bu tramvayın içində gəlmişik ədəbiyyata. Bəzimiz biletli, bəzimiz biletsiz».

Xalq şairi Vaqif Səmədoğlu

 

Qabil

 

(Poema)

 

Gecə saat bir

Tramvay parka gedir.

Cingildəyir şüşələr.

Boş vaqonda bilinir bu cingilti bu qədər.

Gecə saat bir.

Tramvay parka gedir

Ləngərlə.

Bu ləngər bilinməzdi –

Vaqon dolu olsaydı sərnişinlərlə.

Uzundur parkın yolu,

Küçələr sükut dolu.

Relslərin calağında çıqqıldayır təkərlər.

Elə bil bir nəhəngin dişlərini tökürlər.

Gecə saat bir,

Tramvay parka gedir.

Məftillərdən od qopur şimşək çaxan sayağı.

Məftillər fışıldayır qızıl ilan sayağı.

Uzunsov lampoçkalar yanır-sönür arabir,

Konduktor mürgü döyür...

Tramvay parka gedir.

Konduktorun çənəsi

Boynundakı çantanın qayışına toxunur.

Yumulu gözlərindən hər şey açıq oxunur.

Sürücü siqaretin kötüyünü sümürür,

Yandakı pəncərədən –

Qaranlığın üzünə bir parça köz üfürür.

Yolda bir sərxoş durur dünyanın ağasıtək...

– Xox... qorxub qaçacağam, kişidir bassın görək.

Təkərlər xırhaxırla relsdə sürüşüb yanır.

Konduktor məhəccərə çırpılaraq oyanır.

Qaçır sürücüyə sarı:

– Adam basdın?

– Yox, ay qız!

Heç iti-pişiyi də candan etmək yaramaz.

Qorxdun?

– Qolum əzildi yaman.

– Can-can...

Gecə saat bir,

Tramvay parka gedir.

Sürücünün saçında sürüşür qızın əli:

– Baləli!

– Can!

– Yorulmusan?

– Az-maz.

Eybi yoxdur, Münəvvər.

Parka az qalıbdır, az.

Parkacan özümüzü çatdırarıq birtəhər. –

Gecə saat bir,

Tramvay parka gedir.

Gözətçilər bayırda hərdən fışqırıq çalır,

Gözətçilər neyləsin sübhəcən oyaq qalır,

Yuxu qovulsun gərək.

Mürgü sovulsun gərək.

– Baləli!

– Can!

– Gəl sabah ərizə yazaq, gəl çıxaq tramvaydan.

– Bu fikir hardan düşdü ağlına, ay Münəvvər?

Necə yəni gəl çıxaq, gəl ərzə yazaq səhər?

– Baləli, ayaqlarım tapdağa dözmür, inan.

Səhər-axşam ürəyim hövl edir basabasdan...

Sənə nə var, Baləli, bircə yola baxırsan.

Hay-küydən nə xəbərin, relslər üstə axırsan.

– Deyirsən də, Münəvvər.

Yoldan fikrim yayınsa yüzünün qanı gedər.

Bu yandakı güzgüdən

Dalı da görürəm mən.

Dala da baxıram mən.

Gedə-gedə minirlər,

Gedə-gedə düşürlər,

Minəndə sürüşürlər,

Düşəndə sürüşürlər,

Hamıya cavabdehəm,

Nə qəm...

Ay dəli!

Ay tramvay gözəli!

Ay mənim konduktorum!

Köhnə bayatılarla neçin özümü yorum? –

Gecə saat bir,

Tramvay parka gedir.

– Deyirsən tramvayın səhər ataq daşını?

Qız oğlanın çiyninə toxundurur başını.

– Bəli.

Baləli!

Hansı işə deyirsən, hara deyirsən gedək.

Lap qızıl mədəninə...

Lap kömür mədəninə.

Gedək, amma, tən gedək.

Vaqonda işıqlar sönür bu zaman...

– Ay-hay,

– Eh, bu cərəyan da vaxt tapdı yaman.

Susur tramvay.

Bir az gedir-gedir durur tramvay.

“Parka yaxşı gəldik”, “Yaxşıca çatdıq”.

“Yaxşıca dincəldik”, “Yaxşıca yatdıq”.

– Düş, cərəyan gəlincə, gəzək bayırda bir az,

Hava almaq pis olmaz.

Gör bizim tramvaya nə yazılıb, Münəvvər,

“Komsomola hədiyyə!” əntiqədir bu sözlər.

Hər vaqonun böyrünə yazılmayır belə şey.

“Komsomola hədiyyə!” böyük şan-şöhrətdir ey!

– Əlbəttə, çox böyükdür, buna nə söz, nə söbhət,

Bu vaqonla işləmək səadətdir, səadət.

Adamla dolu olur tramvay səhər-səhər

İşə gedir camaat, işə gedir fəhlələr.

Bir parası qızarır,

Gözümdən yayınmağa bir künc-bucaq axtarır.

– Bilet alın, – deyirəm, deyirəm, dayanıram.

Bir parası ağarır.

Mən isə ağartmıram – susuram, inanıram...

– Sərnişinlər də var ki... ay Münəvvər, axı sən

Onların barəsində bəs niyə söz demirsən?

Bir biletçin bir onluq ötürür əldən-ələ

Gözünü qırpmır belə...

Bəs niyə söyləmirsən: elə sərnişin də var

Biletsiz düşmür yerə... keçir dayanacaqlar...

Yoxsa sənin sözündən belə çıxır ki, daha

Bir belə camaatın işi qalıb Allaha.

Bəlkə biri xəstədir, natəmizdir cövhəri,

Ömrünün illərindən çox sevir qəpikləri.

Harda olsa qənimət axtaranlar da çoxdur.

Hər bilet almayanın zənn etmə ki, cibində

Üç qəpik pulu yoxdur.

Ölümə göz dikən var – ölüm olsa havayı,

Onların nə vecinə hökumət tramvayı.

Bilirəm inciyirsən səhərdən axşamadək

Əlli min cür adamla çənə-boğaz döyərək.

İxtisara düşəcək onsuz da vəzifəniz

Bütün konduktorları yığıb söyləyəcəklər:

“Başqa işə keçin siz!”

Gün gələcək bizi də yığacaqlar bir yerə,

Deyəcəklər: yaraşmır tramvay bu şəhərə.

– Sürücülər, sizinlə qurtardıq, – deyəcəklər.

– Relslərin hamısını çıxardıq, – deyəcəklər

Onda biz də taparıq ayrı peşə, ayrı iş,

Yol geniş, həyat geniş.

Sənin yaşın iyirmi, mənimki iyirmi bir,

Yelkən təzə açılır, gəmi təzə yellənir.

Parkda bizi tanıyır, parkda bizi sevirlər,

Yaxşı, çıxıb neyləyək, hara gedək, Münəvvər?

Sən biləni başqa yer burdan rahatdır yəni?

Yox, kurort zənn etməyək fabrik ilə mədəni.

Üz-üzə gələcəksən insanlarla, Münəvvər,

Hər yerdə, hər məkanda.

Nə deyim, görəcəksən filan da, bəsməkan da... –

Xəttə cərəyan gəlir,

Qaranlıqdan işığa çıxan gözlər qamaşır.

Elektrik motoru elə bil donquldanır.

Kiminləsə savaşır.

Tramvay ağır-ağır öz yoluna düzəlir.

– Yadındamı, Baləli, qələm çəkdik hər şeyə.

Göz yumduq hər gileyə.

Eşqə, sədaqətə biz and içərək

Vurğunun, “Komsomol poeması”nın

Ilk sətirlərini xatırladantək:

Ayazlı-şaxtalı bir qış səhəri

Iki yoldaş olub yola düzəldik.

Nabələd-nabələd gəzib şəhəri

Axırda tramvay parkına gəldik.

Bizə yataqxana... bizə iş... hörmət...

İnsanlıq... şirinlik... qayğı... hərarət...

– Yaxşı ki, bunları sayırsan bir-bir...

Ötür dayanacaqlar, tramvay parka gedir,

Maşın tapa bilməyən sürücüyə əl edir,

Tramvay parka gedir...

– Mən bunları sayıram, mən bunları qanıram,

Ancaq öz qərarımı yenə doğru sanıram.

– Park bizə ev verəcək bu gün-sabah, Münəvvər!

– Parkda işləməyənlər küçədə yatır məgər?

Tramvay bir dövrənin ətrafında dolanır.

Çıxa bilməz kənara, gedə bilməz uzağa.

Ömrün, həyatın yolu üfüqlərə uzanır.

Bizə qol-qanad gərək üfüqləri... aşmağa,

Üfüqün yolu çətin, üfüqün özü əlvan,

Qoy bu son dövrə olsun, ayrılaq tramvaydan.

Üfüqün bir parçası harda yanır, Baləli?

Kəndimizin üstündə, yanırmı?

– Yanır, bəli!

– Bax, o həmin parçada niyə görünməyək biz?

Tinlərin arasında tam sür’əti boğulan

Tramvayda nə üçün keçsin ilk gəncliyimiz?

Səninlə bağlamışam arzumu-diləyimi.

– Peşimansan?

– Yox?

Duymursan ürəyimi?

Getməsən də, dözərəm.

Boynumda pul çantası, əlimdə bilet topu.

Tramvayda gəzərəm.

– Münəvvər!

Maaş günüdür səhər

Nəqd, halal.

Gedək nə xoşlasan al.

İkimizin qazancı üst-üstə xeyli tutur.

Maaş günüdür səhər.

Ağlayan bir uşağı konfet ovundurantək

Böyük də pul alanda hər ağrını unudur,

Qız başını bulayır:

Çanta yana əyilir, pullar dağılır yerə.

Diksinib cingiltidən geri baxır sürücü.

Gözucu.

Yenə dönür irəli,

– Saxlayım?

– Sür,

Baləli, sür!

Parkın darvazasının işıqları görünür.

 

1962

İki sərbəst güləşçimiz Olimpiya yarışında bürünc uğrunda yarışacaq 6 May 2021, 22:57 Buraxılış imtahanında maksimum bal toplayan yeganə şagird odur - FOTO 6 May 2021, 22:38 Daha bir itkin zabitimizin şəhid xəbəri gəldi - FOTO 6 May 2021, 22:14 Nazir canlı yayımda sualları cavablandıracaq 6 May 2021, 21:43 Avropa İttifaqı çevik hərbi qüvvələr yaradacaq 6 May 2021, 21:35 Erməni nazir: “Mən türk mallarının satışına qadağa söz verməmişəm” 6 May 2021, 21:26 “Neftçi” çempion oldu - FOTO 6 May 2021, 21:19 Rio-de-Janeyro metrosunda atışma - 25 nəfər öldü 6 May 2021, 21:11 Türkiyə konsulluğu 7 ildən sonra fəaliyyətini bərpa etdi   6 May 2021, 21:00 ABŞ Ukraynanın NATO üzvlüyünə dəstək verdi 6 May 2021, 20:47 Cüdoçumuz “Böyük dəbilqə”də bürünc medal qazandı 6 May 2021, 20:38 Nazirlik çirkab suya görə “Azərsu” ASC-ni ittiham etdi 6 May 2021, 20:21 Samir Nuriyev iclas keçirdi - FOTO 6 May 2021, 20:07 Deputatdan evlənmək istəyənlərə şad xəbər - “Toylarla bağlı yeni standartlar yaranacaq” 6 May 2021, 20:00 Dövlət Agentliyi: Qazilərin protezlə təminatı üçün bütün tədbirlər görülür 6 May 2021, 19:52 Mustafa Cengiz namizədliyini geri götürdü 6 May 2021, 19:44 Saç tökülməsini dayandıran effektiv YOLLAR 6 May 2021, 19:37 Bu bankların əmanətçilərindən ərizə qəbulu başa çatdı 6 May 2021, 19:30 Məşhur restoranlar cərimələndi - SİYAHI 6 May 2021, 19:22 Sabirabadda sirkə turşusu içən qadın xəstəxanada ÖLDÜ 6 May 2021, 19:15 Nazir AzTU-ya yeni prorektor təyin etdi - FOTO 6 May 2021, 19:08 Milli Məclisdə görüş - FOTO 6 May 2021, 19:01 Səfir: “Qazaxıstan həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib” 6 May 2021, 18:54 ATƏT sədri Azərbaycanın erməni diversantlarını azad etməsini alqışladı 6 May 2021, 18:47 “Qarabağla bağlı razılaşmaları yerinə yetirməyə hazırıq” - Paşinyan 6 May 2021, 18:40 “Twitter”in işində problem yarandı 6 May 2021, 18:27 Xarici diplomların tanınması üçün müraciət metodu sadələşdirildi 6 May 2021, 18:20 Gömrük Komitəsi bayram günləri də işləyəcək 6 May 2021, 18:14 Buraxılış imtahanlarının nəticələri AÇIQLANDI 6 May 2021, 18:07 Qətərin maliyyə naziri həbs olundu 6 May 2021, 18:00 Məktəblərin çağırışaqədərki hazırlıq rəhbərləri ilə müzakirə aparıldı 6 May 2021, 17:54 Dolların sabaha olan məzənnəsi 6 May 2021, 17:48 Saakaşvili seçkilərdə iştirak üçün Gürcüstana qayıdacaq 6 May 2021, 17:42 Bakının mərkəzi küçələrinin birində hərəkət məhdudlaşdırılacaq 6 May 2021, 17:36 Baş Prokurorluğun xəbərdarlıq etdiyi icra başçısının 1-ci müavini işdən çıxarıldı 6 May 2021, 17:30