21 Yanvar 2021, 17:37 | Ana Səhifə - Yazılar - Diversantlar və hərbi əsirlər - Erməni iddiaları
Diversantlar və hərbi əsirlər - Erməni iddiaları

Elçin Alıoğlu

Hərbi əməliyyatlardan sonra Ermənistan iddialarını gündəmdə saxlamaq üçün indi də hərbi əsirlər mövzusunu manipulyasiya obyektinə çevirirb. Lakin bu məsələdə də ölkədə ciddi fikir ayrılıqları, fərqli statistika, hətta ölkə rəsmilərinin verdiyi açıqlamalarda da ziddiyyət özünü kəskin göstərir.

Bəzi rəsmilər 62 nəfərdən danışırlar, Serj Sarqsyanın kürəkəni Mikael Minasyan 115, keçmiş təhlükəsizlik naziri David Şahnazaryan 235, sosial şəbəkələr isə 500-dən artıq erməni hərbçinin əsir düşdünüyü iddia edirlər.

Ermənistanda əsirlərlə bağlı bir-birinə zidd rəqəmlərin səslənməsi, onların bu mövzudan manipulyasiya üçün istifadə etdiklərini göstərir.

Azərbaycan tərəfi üzərinə götürdüyü öhdəliyə uyğun olaraq dekabrın 14-də 44 erməni hərbi əsiri “hamını hamıya” prinsipi ilə qarşı tərəfə təhvil verib.

Bu gün ermənilərin azadlıq istədikləri şəxslərin isə hərbi əsirlərlə bağlılığı yoxdur.

Söhbət hərbi əməliyyatların dayandırılması haqda imzalanmış Bəyanatdan sonra Ermənistanın diversiya-terror fəaliyyəti həyata keçirmək məqsədilə bu əraziyə göndərdiyi şəxslərdən gedir.

Beynəlxalq humanitar hüquq normalarına, o cümlədən Müharibə qurbanlarının müdafiəsi haqqında 1949-cu il tarixli Cenevrə konvensiyalarının müddəalarına əsasən, konkret cinayət əməli törətmiş terror təxribat qrupunun üzvləri hərbi əsir hesab edilə bilməzlər.

Prezident İlham Əliyev: “Biz azad edilmiş ərazilərdə diversiya ilə məşğul olanları əsir götürdük. Məhv etmədik. Dedim ki, əsir götürün, daha müharibə başa çatıb, daha qan tökmək lazım deyil. Bu, yenə də bizim humanist mahiyyətimizi göstərir... Onları əsir götürmüşük. Amma onlar hərbi əsir sayıla bilməz, çünki müharibə qurtarıb. Onlar terrorçudur, diversantdır. Onlar Xocavənd rayonuna Ermənistandan, Ermənistanın Şirak vilayətindən noyabrın 26-dan sonra gəlmişlər. Bunu hər kəs bilsin. Nə üçün gəlmişlər? Kim onları göndərib? Müharibə ayın 10-da qurtarıb, Bəyanat imzalanıb. Kim göndərir onları oraya? Əgər Ermənistan rəhbərliyi bu qanunsuz silahlı birləşmələrə nəzarət edə bilmirsə, bu, onların problemidir. Ona görə burada heç kim bizi ittiham edə bilməz”.

Zərərsizləşdirilən şəxslərin hərbi əməliyyatlardın dayandırılmasından sonra əraziyə göndərildiyini yalnız Azərbaycan yox, Rusiya rəsmiləri də etiraf edirlər. S.Lavrovun son mətbuat konfransındakı çıxışından:

“...Noyabrın sonunda erməni hərbçilərindən, bildiyimə görə, çağırışçılardan ibarən böyük bir qrup ora göndərilib və onlar, 62 nəfər, dekabrın əvvəlində əsir düşüblər. Azərbaycan tərəfi bildirib ki, bu insanlar əraziyə hərbi əməliyyatların dayandırılmasından sonra göndərildiyindən, onların məsələsinə ayrıca baxılmalıdır, hərbi əsirlər kimi yox”.

Beləliklə, Ermənistanın manipulyasiya etdiyi və geri qaytarılmasını tələb etdiyi şəxslər hərbi əsir sayıla bilməzlər, onlar diversant və terrorçudurlar və Azərbaycan tərəfi onları məhz bu statusda zərərsizləşdirib.

Terrorçu-diversant qrupun üzvləri isə beynəlxalq humanitar hüququn və Azərbaycanın milli qanunvericiliyinin tələblərinə əsasən hərbi əsir statusu daşımır və onlar barəsində Azərbaycanın CM-nə uyğun məsuliyyət tədbirlərinin tətbiq edilməlidir.

Terrorçu və diversantlar hərbi əsir hesab oluna bilməz!

MÜƏLLİFİN DİGƏR YAZILARI
Pikassonun 11 əsəri 110 milyon dollara satıldı - FOTOLAR 25 Oktyabr 2021, 00:38 XİN-dən Qubadlı PAYLAŞIMI 25 Oktyabr 2021, 00:14 Qubadlının işğaldan azad olunmasından 1 İL ÖTÜR 25 Oktyabr 2021, 00:05 Türkiyədə koronavirusla bağlı son vəziyyət 24 Oktyabr 2021, 23:48 Nigeriyada neft zavodunda partlayış: 25 ölü 24 Oktyabr 2021, 23:20 AMEA-nın folklorşünas alimi VƏFAT ETDİ 24 Oktyabr 2021, 22:58 Cüdoçularımızdan dünya çempionatında 8 MEDAL 24 Oktyabr 2021, 22:51 Füzuli Beynəlxalq Hava Limanındandan VİDEOREPORTAJ 24 Oktyabr 2021, 22:18 “Liverpul” “Mançester Yunayted”ı darmadağın etdi 24 Oktyabr 2021, 22:08 Özbəkistan SEÇKİLƏR -Fəallıq 80%-dən çox olub 24 Oktyabr 2021, 21:51 Gürcüstan-Ermənistan sərhədində ZƏLZƏLƏ 24 Oktyabr 2021, 21:32 Aİ Kabildə diplomatik missiyasını BƏRPA EDİR 24 Oktyabr 2021, 21:14 Özbəkistanda prezident seçkiləri YEKUNLAŞDI 24 Oktyabr 2021, 21:02 "Real Madrid" "Barselona"nı səfərdə məğlub etdi 24 Oktyabr 2021, 20:23 Daha biri koronavirus xəstəsi Metroda 24 Oktyabr 2021, 20:10 Rusiyada təyyarə qəzası - Ölənlər var 24 Oktyabr 2021, 19:45 “Qəbələ” “Keşlə”yə qalib gəldi 24 Oktyabr 2021, 19:12 DİM imtahan nəticələrini AÇIQLADI 24 Oktyabr 2021, 19:08 Qətlə yetirilən soydaşımızın nəşi vətənə GƏTİRİLƏCƏK 24 Oktyabr 2021, 17:59 Əlcəzairdən fransızca qadağası 24 Oktyabr 2021, 17:44 Consondan çağırış 24 Oktyabr 2021, 17:36 Koronavirusa qarşı PEYVƏNDLƏNƏNLƏR 24 Oktyabr 2021, 17:25 Son sutkada YOLUXANLAR - Ölənlər artdı 24 Oktyabr 2021, 17:21 İranda koronavirus mənzərəsi 24 Oktyabr 2021, 17:19 Taliblərdən İran imtinası 24 Oktyabr 2021, 17:08 Polkovnikin nəvəsi intihar etdi 24 Oktyabr 2021, 16:58 Şahinlərimiz Türkiyədən geri dönür  24 Oktyabr 2021, 16:51 Gürcüstanın virus mənzərəsi 24 Oktyabr 2021, 16:39 Baş nazirə 15 illik cəza  24 Oktyabr 2021, 16:26 İbrahimoviçdən növbəti ilk  24 Oktyabr 2021, 16:15 Əsl insan gözəllikdə gözəlliyi görməyi bacarandır - Deputat 24 Oktyabr 2021, 16:05 Özbəkistanda seçki baş tutdu 24 Oktyabr 2021, 15:51 66 milyon illik skelet rekord qiymətə... 24 Oktyabr 2021, 15:46 Professor dünyasını dəyişdi 24 Oktyabr 2021, 15:34 Zurufçunun xatirəsi anıldı  24 Oktyabr 2021, 15:26