Modern.az

Yunanıstanda təyyarə qəzası: ölənlər var

Yunanıstanda təyyarə qəzası: ölənlər var

Dünya

Bu gün, 20:03

Yunanıstanın şimal-şərqindəki Pieriya vilayətində yüngül bir mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində hər iki təyyarəçi həlak olub.

Modern.az xəbər verir ki, bu barədə "ERT-news" telekanalı məlumat yayıb.

Təyyarə Pieriya aeroklubunun uçuş-enmə zolağının yaxınlığında aşkar edilib. Qəza zamanı yanğın baş verməyib.

Hadisə yerinə gələn Yanğın-xilasetmə Xidmətinin 8 əməkdaşı təyyarənin yaxınlığında iki təyyarəçinin meyitini tapıb.

Hadisənin başvermə səbəbləri araşdırılır.

Sizə yeni x var
Keçid et
Putindən təcili tapşırıq - Moskvada xaos başladı