Modern.az

Bakının bir hissəsi qaranlığa büründü

Bakının bir hissəsi qaranlığa büründü

Ölkə

18 Oktyabr 2026, 23:22

Bakının Xətai rayonunun bir hissəsində 2 saatdan artıqdır elektrik enerjisinin verilməsi dayandırılıb.

Modern.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə rayon sakinləri məlumat veriblər.

Bildirilib ki, Vung Tau küçəsindən başlayaraq, Gəncə prospekti də daxil olmaqla, bir neçə məhəllə işıqsız qalıb.

Aidiyyəti qurumun qaynar xəttindən elektrik enerjisinin verilməsinin 1,5 saata bərpa ediləcəyi bildirilsə də, hazırda sözügedən ərazidə işıq hələ də yoxdur.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putindən təcili tapşırıq - Moskvada xaos başladı