Modern.az

Sabah TÜRKPA-nın 15-ci plenar iclası başalyır

Sabah TÜRKPA-nın 15-ci plenar iclası başalyır

Dünya

Bu gün, 19:45

19–20 oktyabr 2026-ci il tarixlərində Qırğız Respublikasının Joqorku Keneşi Bişkek şəhərində Türk Dövlətləri Parlament Assambleyasının 15-ci plenar iclasına və Assambleya Şurasının iclasına ev sahibliyi edəcəkdir.

Modern.az xxəbər verir ki, plenar iclas “Süni intellekt və texnoloji tərəqqi dövründə türk dünyasında parlament əməkdaşlığı” mövzusuna baş tutacaqdır.

15-ci plenar iclasda üzv və müşahidəçi dövlətlərin - Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan və Şimali Kipr Türk Respublikasının parlament sədrlərinin rəhbərlik etdiyi nümayəndə heyətlərinin, eləcə də beynəlxalq təşkilatların, türk əməkdaşlıq təşkilatlarının və digər tərəfdaş qurumların nümayəndələrinin iştirakı gözlənilir.

15-ci plenar iclas çərçivəsində Qadın Parlamentarilər Qrupunun və Gənc Parlamentarilər Qrupunun 5-ci iclasları da keçiriləcəkdir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putindən təcili tapşırıq - Moskvada xaos başladı