2 İyun 2021, 14:08 | Ana Səhifə - Yazılar - Fransa riyakar siyasətlə bölgədə sülhə deyil, təxribata dəstək verir
Fransa riyakar siyasətlə bölgədə sülhə deyil, təxribata dəstək verir

Elman Babayev


Görünən odur ki, Fransa prezidenti Emmanuel Makronun ermənipərəstliyi sağalmaz xəstəlik şəklini alıb. Dövlətlərarası və beynəlxalq hüquq normalarını ayaqlar altına atan Makron ölkəsinin balanslı, ədalətli, həmsədr mandatının tələblərinə uyğun davranmaq niyyətindən birdəfəlik vaz keçdiyini bütün çılpaqlığı ilə sərgiləməkdə davam edir.

Mübaliğəsiz demək mümkündür ki, Makron hazırda ölkəsinin bütün maraqlarını erməni lobbisinin, ermənipərəst dairələrin istəklərinə uyğunlaşdıran bir nömrəli prezidentdir. Fransadakı erməni lobbisinin tezisləri ilə siyasət yürüdən Makronu dövlətin, Fransa xalqının maraqlarından çox Ermənistanın vəkilliyinin yeni-yeni istiqamətləri maraqlandırır və nə yazıqlar ki, o, bunu böyük həzzlə həyata keçirir.

44 günlük müharibədə və müharibədən sonrakı dönəmdə Azərbaycanın Zəfərindən, tarixi ədaləti bərpa etməsindən sonra da Fransa prezidentinin ermənidən artıq erməni olmaq siyasəti dəyişməz qalır. Parisdə Ermənistan baş naziri vəzifəsini icra edən Nikol Paşinyanla birgə keçirdiyi sonuncu mətbuat konfransında Makron regiondakı vəziyyətə adekvat olmayan, sırf erməni tərəfinin maraqlarına uyğun açıqlamalarla çıxış edib.

Belə bir cəfəng fikirlər işlədib ki, Azərbaycan və Ermənistan arasında atəşkəsə riayət olunmalı, müharibənin gedişində bütün saxlanılanlar, o cümlədən hərbi əsirlər azad olunmalı, tərəflər arasında gərginlik aradan qalxmalı, Azərbaycan Ermənistan ərazisini tərk etməlidir. Üstəlik, açıq vurğulanıb ki, Fransa Ermənistanla həmrəydir.

Fransanın Ermənistanla həmrəy olması o demək deyil ki, rəsmi Paris beynəlxalq hüquqa, həqiqətlərə, regiondakı reallığa, erməni işğalına, erməni cinayətlərinə kor olmalıdır! Üstəlik, reallığa, beynəlxalq hüququn norma və prinsiplərinə zidd olan bəyanatlar verməlidir.

Son açıqlamasının ayrı-ayrı detallarının üzərində dayansaq, Makron yaxşı bilir ki, birincisi, Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 10 noyabr 2020-ci il tarixində imzaladığı birgə bəyanata əsasən, bölgədə atəşkəs təmin edilir. Sadəcə olaraq, hərdən atəşkəsi pozmaq, təxribat yaratmaq istəyən məğlub, siyasi və iqtisadi böhran yaşayan səfil Ermənistandır və onun bütün bu cəhdlərinə layiqli cavablar verilir.

İkincisi, Azərbaycanda erməni əsilli hərbi əsir yoxdur. Terrorçularla hərbi əsirin fərqini Makron yaxşı anlayır, sadəcə onu yönləndirənlərin iradəsinin əksinə gedə bilmir. Söhbət ondan gedir ki, hərbi əsir adı qoyulan adamlar üçtərəfli bəyanat imzalandıqdan sonra 26 noyabr 2020-ci il tarixində Azərbaycan ərazisinə göndərilən və burada terror aktı törədən diversant qrupun, həmçinin 27 may tarixində Kəlbəcər rayonu istiqamətində ərazimizə daxil olaraq yolların minalanmasına yönələn təxribatçı fəaliyyət cəhdi göstərən kəşfiyyat-diversiya qrupunun üzvləridir. Reallıq budur!

Digər reallıq isə odur ki, bir neçə gün öncə Ermənistanda itkin düşmüş erməni əsgərlərinin morqların birində soyuducuda saxlanıldığı faktı üzə çıxıb. Bundan başqa, Azərbaycan humanitar prinsiplərdən çıxış edərək 1600-ə yaxın erməni hərbçisinin cəsədlərini tapıb. Rusiya sülhməramlıları və Beynəlxalq Qızıl Xaç Komitəsinin prosesdə yaxından iştirakı ilə erməni əsgərlərinin cəsədləri qarşı tərəfə təhvil verilib. Maraqlıdır, Fransa prezidenti ATƏT-in Minsk Qrupunun həmsədri kimi, hələ 1-ci Qarabağ müharibəsi zamanı itkin düşmüş 4000-dək azərbaycanlı barədə niyə maraqlanmır? Dostu və qardaşı Paşinyandan bu günədək bu barədə məlumatın Azərbaycana verilmədiyini niyə soruşmur?

“Azərbaycan Ermənistan ərazisini tərk etməlidir” kimi cəfəng fikirlərlə bölgədəki sülhə, inkişafa töhfə vermək olmaz. Bu gün Azərbaycan əsgəri özünün qədim torpağında xidmət göstərir, ermənilərin faşistcəsinə xarabazara çevirdiyi Qarabağda quruculuq işləri aparılır. Gerçəkləri görməzdən gəlib Azərbaycanın ərazi bütövlüyünə qəsd edən açıqlamalar vermək Fransanın həmsədr ölkə kimi mandatına ziddir.

24 ildir Fransa həmsədr ölkədir. Niyə bu müddətdə işğalçı Ermənistanın Azərbaycanın dünya tərəfindən tanınmış ərazilərindən çıxması barədə bir dəfə də olsun bəyanat verməyib? BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin icrasını tələb etməyib? Fransa belə riyakar siyasətlə bölgədə sülhə deyil, təxribata, işğala dəstək verdiyini ortaya qoyur.

Analamaq lazımdır ki, bölgədə tarixi ədalətə uyğun yaranan reallığı dəyişmək mümkün olmayacaq. Güclü orduya, iqtisadi gücə malik Azərbaycan öz tarixi torpaqlarına qayıdıb. BMT-nin, ATƏT-in Minsk Qrupunun görməli olduğu işi təkbaşına edib.

Fransa Ermənistana rəğbətini başqa müstəvidə davam etdirməlidir. Həqiqətən Ermənistanın inkişafını istəyirsə, öz imkanlarından yararlanıb, bu ölkəni reallıqla barışmağa, sərhədləri tanımağa təşviq etməlidir. Bölgədə gələcək əlaqələrin qurulmasına səy göstərməlidir. Təəssüf ki, tam əksini görürük; Fransa kimi dövlət xam xəyallarla yaşayan erməni dairələrinin əlində alətə çevrilib və heç bir çərçivəyə sığmayan bəyanatlara müəlliflik edir.

Makron qatı ermənipərəst, islamofob, anti-Azərbaycan və anti-Türkiyə siyasətindən daşınmalı, ölkəsinin həmsədr mandatını yalnız Ermənistanın maraqlarını müdafiə etmək kontekstində qavramamalıdır. Reallığa, beynəlxalq hüquqa zidd mövqe nəyisə dəyişmək gücündə deyil. Necə ki, ötən ilin sonlarında erməni lobbisinin dirijor çubuğu ilə Fransa Senatının “Dağlıq Qarabağ Respublikasının tanınmasının zəruriliyinə dair” qətnamə layihəsini qəbul etməsi heç nəyi dəyişmədi. Və zaman Azərbaycana təzyiq etmək, onun haqq işinə kölgə salmaq niyyətini iflasa uğratdı, bu sənədin taleyi rəsmi Bakının bəyan etdiyi kimi, adi kağız parçasına çevrilməkdən uzağa getmədi.

Ötən ilin noyabrından Fransadakı erməni lobbisinin və onların tapşırıqlarına uyğun davranan Makronun bəyanatları da eyni taleni yaşayır və yaşayacaq...

 

MÜƏLLİFİN DİGƏR YAZILARI
Rus icması: ““Vladmir Volfoviç” adı müalicəsi olmayan diaqnoz halına gəlib! 3 Avqust 2021, 12:09 Sabiq deputat partiyadan istefa verdi 3 Avqust 2021, 12:02 Yardımlıdakı yanğının söndürülməsinə helikopter cəlb olundu 3 Avqust 2021, 12:00 “Deputatın yiyəsi xalqdır” – Spikerdən CAVAB 3 Avqust 2021, 11:59 “Polisin yiyəsi var, ancaq deputatın yiyəsi yoxdur” – Tahir Kərimli 3 Avqust 2021, 11:58 “İnfiniti” və “Extra” gecə klublarının rəhbərləri həbs edildi - FOTOLAR 3 Avqust 2021, 11:56 Daha bir marşrut xətti “BakıKart”a keçdi 3 Avqust 2021, 11:54 DİN və prokurorluq polis şöbəsindəki ölümlə bağlı məlumat yaydı 3 Avqust 2021, 11:51 “Qanunu qoruyan polisdir, həmin deputat yox” – Zahid Oruc 3 Avqust 2021, 11:48 İranın yeni Prezidenti and içdi 3 Avqust 2021, 11:45 Cəlilabadda "patı" satanlar saxlanıldı 3 Avqust 2021, 11:40 “Bunlar cəmiyyətdə çaşqınlıq yaratmağa xidmət edir” 3 Avqust 2021, 11:38 “Eldəniz Səlimov bağışlanmaz hərəkətə yol verib” – Komitə sədri 3 Avqust 2021, 11:37 Vilyam Hacıyev məhkəmə qarşısına çıxarılır 3 Avqust 2021, 11:30 “Uğurlarımıza kölgə salınmasına icazə verməməliyik”  - Deputat 3 Avqust 2021, 11:26 “Deputatların şərəfli adını qorumalıyıq” - Eldar İbrahimov 3 Avqust 2021, 11:22 Karantini pozan restoran icarədarı həbs edildi - FOTO 3 Avqust 2021, 11:19 Kamran Əliyev deputatın polisi döyməsindən danışdı - VİDEO 3 Avqust 2021, 11:16 Yeni dövlət standartı təsdiq edildi 3 Avqust 2021, 11:14 Ermənistanın yeni spikeri fahişəliyin leqallaşdırılmasını DƏSTƏKLƏYİB 3 Avqust 2021, 11:10 Müəllim olmaq istəyənlər üçün vakansiya seçimi başladı 3 Avqust 2021, 11:07 Baş prokuror Eldəniz Səlimova görə Milli Məclisə gəldi 3 Avqust 2021, 11:05 “İslahat dalğası bu gün də davam edir” - Deputat 3 Avqust 2021, 11:03 Milli Məclisin növbədənkənar iclası BAŞLADI 3 Avqust 2021, 11:00 Erməni idmançı Olimpiadadan qovuldu 3 Avqust 2021, 10:58 Bakıda 8 yeni məktəb inşa olunur - FOTO 3 Avqust 2021, 10:54 Cinayətlərin artması pandemiya ilə bağlıdır? - Gizli səbəblər 3 Avqust 2021, 10:50 Gömrükdə “Tramadol” əməliyyatı 3 Avqust 2021, 10:46 Azərbaycan nefti yenidən ucuzlaşdı 3 Avqust 2021, 10:41 Arvadını öldürən hakimin işi məhkəməyə GÖNDƏRİLDİ 3 Avqust 2021, 10:38 Ermənilər Laçın dəhlizindəki yolun təmirinə başladı – FOTO 3 Avqust 2021, 10:33 “Azəriqaz” “Səyyar qəbul otaqları”nın təşkilinə start verəcək 3 Avqust 2021, 10:30 Azərbaycan sərhədini pozan Rusiya vətəndaşı saxlanıldı 3 Avqust 2021, 10:25 Koronavirus xəstəsi çayxanada yaxalandı 3 Avqust 2021, 10:23 İran prezidentinin inauqurasiyasına kimlər qatılacaq? - SİYAHI 3 Avqust 2021, 10:22