21 İyun 2021, 21:34 | Ana Səhifə - Yazılar - Azərbaycanın parlaq qələbəsi Ermənistanda revanşistlərə şans vermədi
Azərbaycanın parlaq qələbəsi Ermənistanda revanşistlərə şans vermədi

Elman Babayev

Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı Qələbənin yaratdığı yeni reallıq Ermənistanda keçirilmiş növbədənkənar parlament seçkilərinin nəticələrinə təsirsiz ötüşmədi. Seçkilərdə Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın rəhbəri olduğu “Vətəndaş müqaviləsi” partiyası qalib gəldi. Koçaryan-Sarkisyan cütlüyü isə acı məğlubiyyətə uğradı və bununla erməni xalqı 44 günlük müharibədən sonra yaranmış yeni geosiyasi mənzərəni, müharibənin nəticələrini qəbul etdiyini ortaya qoydu. Revanşistlərin yenidən önə çıxmaq cəhdləri isə suya düşdü. Qarabağsız “Qarabağ klanı”nın Ermənistanda heç kəsə lazım olmadığı təsdiqləndi.

Bu, birmənalıdır ki, Vətən müharibəsində qazanılan tarixi Qələbə Ermənistanda bugünkü siyasi mənzərəni doğurub. Seçkilərin nəticələri Azərbaycanın və Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin qələbəsidir.

Bunu daha aydın şəkildə görmək üçün Azərbaycan hakimiyyətinin illərdir yürütdüyü siyasətə diqqət çəkmək vacibdir.
Birincisi, Prezident İlham Əliyevin müstəqil və milli maraqlara əsaslanan güclü siyasəti bölgədə qüvvələr balansını daha da dəyişdi. Məhz bu siyasət sayəsində bir tərəfdə daha da güclənən, regionun siyasi, iqtisadi və humanitar mərkəzinə çevrilən Azərbaycan, digər yanda isə öz ənənəvi portnyorlarını itirən, küncə sıxılmış, sosial və iqtisadi kataklizmlər yaşayan, çıxılmaz vəziyyətə düşmüş Ermənistan dayandı. Ötən illər ərzində ölkəmizin maliyyə imkanları, iqtisadi potensialı, hərbi gücü əhəmiyyətli dərəcədə artdı, eyni zamanda Azərbaycan beynəlxalq münasibətlər sistemində öz prinsipial mövqeyi ilə seçilən və yüksək nüfuza malik ölkəyə çevrildi.

İkincisi, işğalçı Ermənistana qarşı təcrid siyasətini bütün sferalarda davam etdirən Azərbaycan bunun işğal altında olan torpaqlar geri qayıdana qədər qüvvədə olacağını bəyan etdi. Bu təcrid siyasəti işğalçı ölkənin siyasi və iqtisadi sisteminin çökməsinə gətirib çıxardı. Ermənistan regionun siyasi və iqtisadi həyatından kənarda qaldı və xarici yardımdan asılı vəziyyətə düşdü.

Üçüncüsü, paralel olaraq Azərbaycan fəal diplomatiya siyasəti yürütdü. Ötən illərdə Qarabağ münaqişəsi barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması işi daha da gücləndirildi. Erməni yalanlarının ifşa edilməsi, beynəlxalq informasiya məkanında və diplomatiya sahəsində əvvəlki dövrdə əldə etdiyi üstünlükləri itirməsi reallaşdı.

Dördüncüsü, Azərbaycan region ölkələri ilə əlaqələrini daha da inkişaf etdirərək, onların strateji tərəfdaşlıq səviyyəsini yüksəltməyə nail oldu. Nəticədə bölgədə təhlükəsizliyin bərqərar olmasına, inkişafa mühüm töhfə verən Azərbaycan dövləti bu zəmində formalaşan yeni reallığın müəllifinə çevrildi.

Bütün bunlar onunla nəticələndi ki, ciddi sosial-iqtisadi problemlər yaşayan Ermənistan cəmiyyəti ayağa qalxdı. Erməni xalqı həm də əsl reallığı gördü və Koçaryan-Sarkisyanın simasında onilliklərlə insanları düşmənçilik ab-havasına kökləyərək ölkəni və xalqı qarət edən sistemi tarixin arxivinə göndərdi.

İlham Əliyevin gerçəkləşdirdiyi siyasətin yaratdığı bu vəziyyət Dağlıq Qarabağ münaqişəsinin həllinə əlverişli imkanlar açdı. Paşinyan hakimiyyəti dönəmində Prezident İlham Əliyev strateji hədəfləri düzgün müəyyənləşdirdi. İlham Əliyev özünün müəllifi olduğu yeni reallığı vaxtında dəyərləndirərək Azərbaycanın ərazi bütövlüyünün bərpasına nail oldu, 30 illik işğala son verildi.

Belə ehtimallar mövcud idi ki, bu məğlubiyyət Paşinyan hakimiyyətinin də sonunu gətirəcək. Koçaryanın simasında bəlli qüvvələrin fəallaşmasının da kökündə bu yanaşma dururdu. Amma onların yenidən Qarabağ kartı üzərindən hakimiyyətə sahiblənmək arzusu gerçək olmadı.

Səbəb isə vurğuladığımız kimi, Azərbaycanın 44 günlük müharibəsindəki Qələbəsi ilə yaratdığı yeni mənzərədir.
Müharibədən sonra Prezident İlham Əliyev özünün çıxışlarında regionun gələcəyi, inkişafı, sülhlə bağlı davamlı mesajlar verdi. Bu təkcə beynəlxalq aləmə deyil, həm də erməni xalqına ümvanlanmış bir mesaj idi. Üstəlik, Prezident İlham Əliyev öz çıxışlarında Koçaryan-Sarkisyanın qurduğu ordunu məhv etdiklərini dönə-dönə bəyan etdi və bu şəxslərin Azərbaycan xalqına qarşı törətdikləri hərbi cinayətləri vurğulamaqla onların əsl simasını ortaya qoydu. Koçaryan-Sarkisyanın “məğlubedilməz erməni ordusu” mifini alt-üst etdi.

Beləliklə, erməni xalqı müharibədən sonra iki seçim qarşısında qalmışdı: ya üçtərəfli bəyanata imza atıb Azərbaycanın qələbəsini tanıyan, sülhün yaranmasına çalışan Paşinyan, ya da revanşist hisslərlə yenidən dirçələməyə çalışan Koçaryan-Sarkisyan cütlüyü.

Nəticələr isbat etdi ki, erməni xalqı revanşist meyllərə “yox” deyir. Ermənilər acı məğlubiyyətdən sonra demoralizə olunub və müharibədən yorulub, bezib. Və Ermənistan xalqının yaranmış regional vəziyyəti düzgün dəyərləndirməkdən başqa çarəsi qalmayıb.

Konkret olaraq Rusiyadan ciddi dəstək alan revanşistlər bütün qüvvələrini səfərbər etsələr də iflasa uğradılar. Bundan sonra Ermənistanın siyasi arenasında tam küncə sıxışdırılan revanşistlərin heç bir siyasi perspektivi mövcud deyil.
Başqa bir vacib məqam odur ki, seçkilər Ermənistanda Rusiyanın mövqelərinin də kifayət qədər zəiflədiyini sübut edir. Çünki Paşinyanın simasında Qərb seçkilərdə yenidən qələbə qazanıb. Paşinyanın hakimiyyət pilləsinə yüksəlməsində Qərbin açıq dəstəyi olmuşdu. Onun “Soros” Fondunun diqtəsi ilə hərəkət etdiyi hamıya bəlli məsələdir.

Rusiya isə seçkilərdə açıq formada Koçaryana hər cür dəstək göstərirdi. Geniş imkanlara malik Rusiya mediası “Ermənistan” blokunu təbliğ edir, ona hərtərəfli dəstək verirdi. Rusiya mediası anti-Azərbaycan ritorikasını gücləndirərək Koçaryanın qələbəsi üçün çalışırdı. Fəqət bütün cəhdlər uğursuzluğa düçar oldu və Rusiya öz adamını hakimiyyətə qaytara bilmədi.

Qarşıdakı dövrdə Ermənistanın bir yolu qalır: konstruktiv mövqe nümayiş etdirərərək, artıq formalaşmış yeni geo-siyasi reallığın yaratdığı imkanlardan yararlanmaq. Seçkilərin nəticəsi bu addımı doğurmasa Ermənistan daha da acınacaqlı duruma düşəcək. Çünki son illər baş vermiş siyasi dəyişikliklərə baxmayaraq, Ermənistanın iqtisadi həyatında fəallıq yoxdur. Heç bir “məxməri inqilab”, seçki Ermənistanı xilas edə biləməyəcək. Problemlərdən xilas olmağın yeganə yolu Azərbaycanın yaratdığı yeni reallığa uyğun münasibətlər sistemi qurmaq, cəfəng iddialardan birdəfəlik əl çəkməkdir. Bu olmasa, Azrbaycanın Ermənistanı təcrid siyasəti davam edəcək və daha acı sonluq qaçılmaz olacaq...
MÜƏLLİFİN DİGƏR YAZILARI
Ermənistan parlamentinin yeni vitse-spikerləri məlum oldu 3 Avqust 2021, 12:35 Ötən günün yol qəzaları - 6 ölü, 4 yaralı 3 Avqust 2021, 12:34 “Eldəniz Səlimovun hərəkəti Milli Məclisin nüfuzuna xələl gətirmir” - Baş prokuror 3 Avqust 2021, 12:28 “Deputat davranışına görə məsuliyyət daşıyır” - Birinci vitse-spiker 3 Avqust 2021, 12:24 Azərbaycanda benzin BAHALAŞDI 3 Avqust 2021, 12:19 “Polisə deyib ki, fəxr elə səni deputat döyüb”   3 Avqust 2021, 12:13 Rus icması: ““Vladmir Volfoviç” adı müalicəsi olmayan diaqnoz halına gəlib!” 3 Avqust 2021, 12:07 Sabiq deputat partiyadan istefa verdi 3 Avqust 2021, 12:02 Yardımlıdakı yanğının söndürülməsinə helikopter cəlb olundu 3 Avqust 2021, 12:00 “Deputatın yiyəsi xalqdır” – Spikerdən CAVAB 3 Avqust 2021, 11:59 “Polisin yiyəsi var, ancaq deputatın yiyəsi yoxdur” – Tahir Kərimli 3 Avqust 2021, 11:58 “İnfiniti” və “Extra” gecə klublarının rəhbərləri həbs edildi - FOTOLAR 3 Avqust 2021, 11:56 Daha bir marşrut xətti “BakıKart”a keçdi 3 Avqust 2021, 11:54 DİN və prokurorluq polis şöbəsindəki ölümlə bağlı məlumat yaydı 3 Avqust 2021, 11:51 “Qanunu qoruyan polisdir, həmin deputat yox” – Zahid Oruc 3 Avqust 2021, 11:48 İranın yeni Prezidenti and içdi 3 Avqust 2021, 11:45 Cəlilabadda "patı" satanlar saxlanıldı 3 Avqust 2021, 11:40 “Bunlar cəmiyyətdə çaşqınlıq yaratmağa xidmət edir” 3 Avqust 2021, 11:38 “Eldəniz Səlimov bağışlanmaz hərəkətə yol verib” – Komitə sədri 3 Avqust 2021, 11:37 Vilyam Hacıyev məhkəmə qarşısına çıxarılır 3 Avqust 2021, 11:30 “Uğurlarımıza kölgə salınmasına icazə verməməliyik”  - Deputat 3 Avqust 2021, 11:26 “Deputatların şərəfli adını qorumalıyıq” - Eldar İbrahimov 3 Avqust 2021, 11:22 Karantini pozan restoran icarədarı həbs edildi - FOTO 3 Avqust 2021, 11:19 Kamran Əliyev deputatın polisi döyməsindən danışdı - VİDEO 3 Avqust 2021, 11:16 Yeni dövlət standartı təsdiq edildi 3 Avqust 2021, 11:14 Ermənistanın yeni spikeri fahişəliyin leqallaşdırılmasını DƏSTƏKLƏYİB 3 Avqust 2021, 11:10 Müəllim olmaq istəyənlər üçün vakansiya seçimi başladı 3 Avqust 2021, 11:07 Baş prokuror Eldəniz Səlimova görə Milli Məclisə gəldi 3 Avqust 2021, 11:05 “İslahat dalğası bu gün də davam edir” - Deputat 3 Avqust 2021, 11:03 Milli Məclisin növbədənkənar iclası BAŞLADI 3 Avqust 2021, 11:00 Erməni idmançı Olimpiadadan qovuldu 3 Avqust 2021, 10:58 Bakıda 8 yeni məktəb inşa olunur - FOTO 3 Avqust 2021, 10:54 Cinayətlərin artması pandemiya ilə bağlıdır? - Gizli səbəblər 3 Avqust 2021, 10:50 Gömrükdə “Tramadol” əməliyyatı 3 Avqust 2021, 10:46 Azərbaycan nefti yenidən ucuzlaşdı 3 Avqust 2021, 10:41