Modern.az

Maaş artımı bu hərbçilərə şamil olunacaq - SİYAHI

Maaş artımı bu hərbçilərə şamil olunacaq - SİYAHI

Ölkə

Bu gün, 11:42

Müdafiə Nazirliyinin hərbi qulluqçularının vergilər və digər icbari ödənişlər çıxıldıqdan sonrakı əməkhaqları orta hesabla 22,8 faiz artacaq.

Modern.az xəbər verir ki, artım Quru Qoşunları, Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri, Xüsusi Təyinatlı Qüvvələr, Əlahiddə Ümumqoşun Ordu, eləcə də Müdafiə Nazirliyinin Baş Qərargahında, idarələrində, digər hərbi hissələrində və hərbi təhsil müəssisələrində xidmət edən hərbi qulluqçulara şamil olunacaq.

Dəyişiklik Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində müzakirəyə çıxarılan qanun layihəsində nəzərdə tutulub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Rusiya şəhərləri od içində - Dəhşətli hücum başladı