13 İyul 2021, 17:22 | Ana Səhifə - Yazılar - Rüriklərdən Putinə kimi: tarixə həlləm-qəlləm baxış
Rüriklərdən Putinə kimi: tarixə həlləm-qəlləm baxış

Qəzənfər Həmidoğlu

Kremlin rəsmi saytında Rusiya Prezidenti Vladimir Putinin “Rusların və ukraynalıların tarixi birliyi haqqında” adlı psevdoanalitik-təbliğati məqaləsi dərc olunub. Məqalə rus və Ukrayna dillərində ( rus. “Об историческом единстве русских и украинцев”/ ukr. “Про історичну єдність росіян та українців”) təqdim edilir. Putin məqaləsində psevdotarixi anti-Ukrayna konsepsiyasını həlləm edib, qəlləm edib “sistemləşdirib”...

Rusiya lideri “son illərdə Rusiya və Ukrayna arasında peyda olan divarı” faciyə çevrilən böyük ümumi bəla adlandırır. Rusiya tarixinə Rüriklərdən özünə, yəni, Putinə kimi geniş ekskurs edən, olan-keçənlərə Kremlin dar pənçərəsindən baxan RF dövlət başçısının tarixi hadisələrlə bağlı baxış və fikirləri müasir tarixçilər arasında polemika mövzusudur. Putin dəfələrlə “rəsmi” tarixin təftişinə qəti şəkildə qarşı oldiğunu desə də, Kremlin sahibi tarixi istədiyi kimi təhrif edir, şübhəli tarixi faktlara istinad edir. Putinin bəzi tezis-fikirlərini isə birmənalı yozmaq mümkün deyil. Putinin “Ukraynanın gerçək suverenliyi məhz Rusiya ilə tərəfdaşlıq halında mümkündür” bəyanatını rəsmi Kiyev tövsiyə deyil, şantaj kimi də qəbul edə bilər. Putin bir tərəfdən Ukraynaya “hörməti”ni izhar edir, digər tərəfədənsə onu “tarixin səhvi” sayır. Əslində, Putinə görə, “Malorossiya” və “Novorossiya” var, “Ukrayna”nını isə Polşa panları və bolşeviklər uydurublar. Yəni, tarixi Putin bilir, qalanları qələt edir...

Xatırladaq ki, Putin bu günlərdə “Birbaşa xət”də Rusiya-Ukrayna münasibətlərinə dair suala cavab verərkən ruslarla ukraynalıların “vahid xalq” olduğunu bəyan etmişdi və məqaləsində həmin təbliğat tezisini bir daha vurğulayaraq “bu mənim inamımdır”,- deyə yazır. Ukrayna Prezidenti Zelenski isə daha əvvəl Putinə “biz dəqiq olaraq bir xalq deyilik” cavabını vermişdi: “Mümkün deyil ki, eyni vaxtda həm “vahid xalq”dan danışasan, həm də açıq şıkildə bizim əraziləri işğal edəsən və Donbasda qırğın törətməkdə davam edəsən”.

Lakin məqaləsini məhz ruslarla ukraynalıların “bir, vahid, eyni” xalq olmasına həsr edən, Qədim Rusun varisi olan velikoross, maloross və belorusların “üçlü vahid” xalq olmasından bəhs edən Putinə

Zelenskinin fikri maraqlı deyil. Lakin Zelenskinin “rus xalqını Ukraynanın köklü olmayan xalqı elan edən” qanun layihəsini Putini ciddi narahat edib. “Şişirtmədən demək olar ki, zorakı assimlyasiya kursu, Rusiyaya aqressiv münasibət bəsləyən etnik baxımdan təmiz Ukrayna dövlətinin formalaşdırılması öz nəticələrinə görə bizə qarşı kütləvi qırğın silahının tətbiqi ilə müqayisə edilə bilər, - deyə Kremlin sahibi mübaliğə edib.

Rusiya lideri məqaləsində Qərbi Ukraynada “anti-Rusiya” layihəsi reallaşdırmaqda ittiham edir, 2014-ci ildən Donbasda başlayan hadisələri Ukrayna xalqının “ədalətli narazılığı” adlandırır və Kiyevdə “dövlət çevirilişi edən” Qərb ölkələrini isə bundan “sinikcəsinə istifadədə” ittiham edir.

Aydındır ki, SSRİ-nin süqutunu XX əsrin böyük faciəsi adlandıran Putinin Ukraynaya qarşı sərt münasibəti, normaları aşan siyasət və təzyiqləri Kiyevin Qərbyönümlü kursu ilə Rusiya liderinin neoimperiya planlarına əngəl olması ilə bağlıdır. Moskva nüfuz dairəsindəki postsovet və Avrasiya məkanı ilə bağlı sonrakı gedişlərini Ukraynasız natamam olacağını, effekt verməyəcəyini təxmin edir. Bunun nəticəsidir ki, Putinin məqaləsi yetərincə aqressivdir. Rusiya lideri Ukraynanın cənub-şərqini Rusiyanın tarixi torpaqları adlandırır, ümumiyyətlə, məqalədə müasir Ukrayna bolşevik ideilogiyasının məhsulu “bütünlükdə və tamamilə sovet epoxasının yetirməsi” kimi təqdim olunur.

Putin hələ də SSRİ-nin süqutunu unuda bilmir. Məqalədə qeyd olunur ki, 1922-ci ildə qurulan SSRİ-nin yaradılış Bəyannaməsində və SSRİ Konstitusiyasında respublikalara İttifaqdan müstəqil çıxış hüququnun verilməsi “bizim dövlətçiliyimizin əsasına qoyulan ən təhlükəli “gec açılan mina” idi”. Putin yalnız bu “mina”nın partlamasına, respublikaların “suverinitet paradı”na və Belovejsk sazişinin imzalanmasına yas tutmur və Ukraynanın timsalında post sovet məkanı ilə bağlı təhdidvari, dolaşıq və ziddiyyətli iddialarını ortaya qoyur. Rusiya lideri postsovet məkanındakı dövlətlərə hörmət etdiyini desə də, faktiki olaraq onları “kvazidövlət” saydığını gizlətmir. Putinin Sobçakdan çəkdiyi misal isə həm tənqidə dözmür, həm də onun imper planlarını nə qədər çətinliklə malaladığından xəbər verir: ”Sobçak 1992-ci ildə belə rəy vermişdi: İttifaqın təsisçisi olan respublikalar 1922-ci il Müqaviləsi ləğv etdikdən sonra İttifaqa girdikləri andakı sərhədlərə qayıtmalıdırlar. Hər halda sonradan əldə edilən qalan ərazilər müzakirə, danışıqlar mövzusudur, çünki əsas ləğv edilib. Başqa sözlə, necə gəlmişdiniz, elə də gedin”.

Sobçakın iddiası mübahisəli və məntiqsiz olsa da (Rusiya 1992-ci il dekabrın 8-də MDB sazişini imzalamaqla İttifaq Müqaviləsindən çıxmış və Qazaxıstan qalmışdı, İkinci Dünya müharibəsində əldə edilən torpaqlara həm də qeyri-rusların qanı bahasına nail olunmuşdu), Putinin iddiaya “bu məntiqlə mübahisə etmək çətindir” kimi şərh verməsi və bütünlükdə məqaləsindəki bir sıra tezislərin təhlili belə təxmin etməyə imkan verir ki, Rusiya regionda aqressiv siyasət yürütməkdə israrlıdır və bu məqalə Ukraynaya və ya hansısa başqa postsovet məkanı ölkəsinə qarşı yeni planının, təhdidin və təzyiqlər dalğasının siqnalı da ola bilər.

 

“Qanunu qoruyan polisdir, həmin millət vəkili deyil” – Zahid Oruc 3 Avqust 2021, 11:48 İranın yeni Prezidenti and içdi 3 Avqust 2021, 11:45 Cəlilabadda "patı" satanlar saxlanıldı 3 Avqust 2021, 11:40 “Bunlar cəmiyyətdə çaşqınlıq yaratmağa xidmət edir” 3 Avqust 2021, 11:38 “Eldəniz Səlimov bağışlanmaz hərəkətə yol verib” – Komitə sədri 3 Avqust 2021, 11:37 Vilyam Hacıyev məhkəmə qarşısına çıxarılır 3 Avqust 2021, 11:30 “Uğurlarımıza kölgə salınmasına icazə verməməliyik”  - Deputat 3 Avqust 2021, 11:26 “Deputatların şərəfli adını qorumalıyıq” - Eldar İbrahimov 3 Avqust 2021, 11:22 Karantini pozan restoran icarədarı həbs edildi - FOTO 3 Avqust 2021, 11:19 Kamran Əliyev deputatın polisi döyməsindən danışdı - VİDEO 3 Avqust 2021, 11:16 Yeni dövlət standartı təsdiq edildi 3 Avqust 2021, 11:14 Ermənistanın yeni spikeri fahişəliyin leqallaşdırılmasını DƏSTƏKLƏYİB 3 Avqust 2021, 11:10 Müəllim olmaq istəyənlər üçün vakansiya seçimi başladı 3 Avqust 2021, 11:07 Baş prokuror Eldəniz Səlimova görə Milli Məclisə gəldi 3 Avqust 2021, 11:05 “İslahat dalğası bu gün də davam edir” - Deputat 3 Avqust 2021, 11:03 Milli Məclisin növbədənkənar iclası BAŞLADI 3 Avqust 2021, 11:00 Erməni idmançı Olimpiadadan qovuldu 3 Avqust 2021, 10:58 Bakıda 8 yeni məktəb inşa olunur - FOTO 3 Avqust 2021, 10:54 Cinayətlərin artması pandemiya ilə bağlıdır? - Gizli səbəblər 3 Avqust 2021, 10:50 Gömrükdə “Tramadol” əməliyyatı 3 Avqust 2021, 10:46 Azərbaycan nefti yenidən ucuzlaşdı 3 Avqust 2021, 10:41 Arvadını öldürən hakimin işi məhkəməyə GÖNDƏRİLDİ 3 Avqust 2021, 10:38 Ermənilər Laçın dəhlizindəki yolun təmirinə başladı – FOTO 3 Avqust 2021, 10:33 “Azəriqaz” “Səyyar qəbul otaqları”nın təşkilinə start verəcək 3 Avqust 2021, 10:30 Azərbaycan sərhədini pozan Rusiya vətəndaşı saxlanıldı 3 Avqust 2021, 10:25 Koronavirus xəstəsi çayxanada yaxalandı 3 Avqust 2021, 10:23 İran prezidentinin inauqurasiyasına kimlər qatılacaq? - SİYAHI 3 Avqust 2021, 10:22 Təhsil kreditləri ilə bağlı təklif:  “Belə yanaşma doğru deyil” 3 Avqust 2021, 10:19 Gəncə Dövlət Universitetinin məzunu yüksək bal topladı 3 Avqust 2021, 10:15 Xaricdə doktorantura təhsili almaq istəyənlərin NƏZƏRİNƏ 3 Avqust 2021, 10:10 Arvadını öldürən kişinin cinayət işi məhkəməyə göndərildi 3 Avqust 2021, 10:04 Yeni qatarlar bu gün xəttə BURAXILDI 3 Avqust 2021, 09:58 Köçəri quşlar Azərbaycandan niyə yan uçur? 3 Avqust 2021, 09:52 BMT-dən qlobal fəlakət barədə XƏBƏRDARLIQ 3 Avqust 2021, 09:46 Bu gün narazı müəllim namizədlər imtahan verəcək 3 Avqust 2021, 09:40