Ankarada 11 məktəbdə "donuz qripi" aşkarlanıb

Ankarada 11 məktəbdə "donuz qripi" aşkarlanıb

Dünya

21 Oktyabr 2009, 14:26

Dünyanı caynağına alan "donuz qripi" virusu Türkiyəni də silkələməkdədir. Ankarada 11 məktəbdə "donuz qripi"nin aşkarlanması bu ölkənin Təhsil Nazirliyini təhsilə müvəqqəti tətil vermək barədə düşünməyə məcbur edib.
Təhsil Nazirliyi TRT kanalı vasitəsilə bəyan edib ki, dərslər artıq Diyarbəkirdə dayandırılıb. Tətil elan edilən məktəb sayının artması vəziyyətində təhsilin televiziya vasitəçiliyi ilə davam edə bilməsi üçün nazirlik bir sıra telekanallarla təmas qurur.
Yəni dərslər Ankara mərkəzli olacaq ancaq məktəblərin bağlanıldığı yerlərə TRT tezliyindən veriləcək. Nazirlik canlı verilişlərdə dərs vermək üzrə 155 müəllim təyin edib. Dərslər saat  08.00-13.00 arasında ekrana gələcək.



 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukrayna hərbçilərinin dəhşətli görüntüləri yayıldı