Oktyabrın 10-da Ermənistan Müdafiə Nazirliyinin hərbi hissələrindən birinin hərbi qulluqçusunun odlu silah yarası olan meyiti aşkar edilib.
Modern.az Ermənistan mediasına istinadən xəbər verir ki, ilkin məlumatlara görə, A.G. adlı hərbi qulluqçunun intihar etdiyi ehtimal olunur.
Hadisənin digər təfərrüatları barədə məlumat verilməyib.
13:50
Ermənistan Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçən hərbçi odlu silah yarasından ölüb.
Modern.az xəbər verir ki, bu barədə “İşxanutyun” nəşri məlumat yayıb.
Məlumata görə, hadisə gecə saatlarında baş verib. Ölən hərbçi Masis bölgəsinin kəndlərindən birinin sakini olub.
İlkin məlumatlarda hadisənin intihar olduğu ehtimal edilir. Nəşr məlumatın başqa bir etibarlı mənbə tərəfindən də təsdiqləndiyini bildirib.
“İşxanutyun” Ermənistan Müdafiə Nazirliyi ilə əlaqə saxlamağa çalışsa da, cavab ala bilməyib.