Modern.az

Kadırov AZAL təyyarəsinin qəzası ilə bağlı başsağlığı verdi

Kadırov AZAL təyyarəsinin qəzası ilə bağlı başsağlığı verdi

Ölkə

Bu gün, 18:49

2024-cü ilin dekabrında Bakı-Qroznı təyyarəsinin qəzaya uğraması ilə əlaqədar öz adımdan, bütün çeçen xalqı adından bir daha dərin hüznlə başsağlığı vermək istəyirəm.

Modern.az xəbər verir ki, bu sözləri Rusiya Federasiyası Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşdə deyib.

O, bildirib ki, bu, bizim ortaq kədərimizdir:

"Biz qardaş Azərbaycan xalqının kədərini səmimi-qəlbdən bölüşürük və həlak olanların hamısının ruhuna dualar edirik".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Zelenski özündən çıxdı - Putinə görə Trampa ağır sözlər