Səudiyyə Ərəbistanı paytaxtında, Ər-Riyad hava limanında güclü partlayış səsi eşidilib.
Modern.az xəbər verir ki, bu haqda “Reuters” agentliyi məlumat yayıb.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı paytaxtının hava limanı daha əvvəl – sentyabrın 8-də hücuma məruz qalmışdı. Həmin vaxt husilərin “Ənsar Allah” hərəkatı ballistik raket zərbəsi endirmişdi. Nəticədə dövlətə məxsus “Saudia” aviaşirkətinin pilotu ölümcül xəsarət almış, bir təyyarəyə isə ziyan dəymişdi. Bundan əvvəl isə hava limanı PUA-ların hədəfi olmuşdu.